Eldar Əzizovun Rəfail Mehralıyevlə Vidadi Əliyevə gücü çatmır?


Vidadi Əliyevə qarşı bəzi iddiaları varmış və iş, hətta məhkəmə salonlarına qədər gedib çıxıb. 

Eldar Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısı təyin ediləndə əhalinin mənzil kommunal xidmətlərinə tələbatının daha yaxşı ödənilməsi, paytaxtın mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsini təmin edəcəyi gözlənilirdi. Ancaq Eldar Əzizovun  Bakı şəhər icra hakimiyyətinin rəhbəri təyin olunmasından iki ilə yaxın vaxt keçsə də paytaxtın mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi sahəsində heç bir uğur əldə olunmadı. 

Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, Eldar Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan az sonra Rəfail Mehralıyev və Vidadi Əliyevlə yollarını ayırmaq istəyib. Hətta bu məqsdlə Eldar Əzizovun Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin maliyyə faliyyətinin araşdırılmasına da çalışıb.  Bu araşdırmanın nəticələrinin Baş prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə də göndərildiyi iddia olunur. 

Məlumata görə, Eldar Əzizovun Rəfail Mehralıyev və Vidadi Əliyevlə ayırmaq istədiyi bu məqamda dayandırılıb. İstisna olunmur ki, Eldar Əzizovun bu məmurlarla yollarını ayırmaq istəyi daha yüksək vəzifəli şəxslər tərəfindən dayandırılıb. Bu isə Rəfail Mehralıyev və Vidadi Əliyevin hansı gücə malik olduğun göstərir. 

Yeri gəlmişkən onu da qeyd edək ki, Rəfail Mehralıyevin müavini və sağ əli olan Vidadi Əliyevin 2003-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında məlumat yayılmışdı. Abşeron rayon Mənzil-İstismar Departamentinin sədri, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Mənzil Fondunun İstismarı şöbəsinə rəhbərlik etmiş Vidadi Əliyev haqqında ağır ittihamlar olmasına baxmayaraq vəzifə pillərində yüksəlməkdə davam edib və göründüyü kimi Departament sədrinin müavini vəzifəsinə kimi yüksəlib. Başqa bir məlumata görə Dadaşov Orxan adlı Bakı şəhər sakini də Vidadi Əliyevə qarşı bəzi iddiaları varmış və iş, hətta məhkəmə salonlarına qədər gedib çıxıb. 

Məlumatlı mənbə onu da bildirir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müəmmalı maliyyə əməliyyatları araşdırılsa, çox ciddi məsələlər üzə çıxacaq. Bu eyni zamanda Departament rəhbərliyinin sərvətinin mənbəyi ilə bağlı sualara da aydınlıq gətirə bilər. Bu iki mövzu üzrə araşdırmalarımızı davam etdirməyə çalışacağıq. 



Oxşar Xəbərlər

Xəbər lenti