8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məlum olduğu kimi bu ilin iyun ayının 2-də Çöyçay çayının üzərindəki körpü uçdu və dövlətə milyonlarla manat zərər dəydi. Bununla bağlı aparılan araşdıramanın nəticəsində bəlli oldu ki, körpünün uçmasının əsas səbəbi qum-çınqıl karxanasında aparılan qanunsuz istismar nəticəsində çay yatağının dağılmasıdır. Bundan sonra prezident İlham Əliyev Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə çay yataqlarında qum-çınqıl istismarı ilə bağlı geniş araşdırılma aparılması göstərişi verdi.
Həmin monitorinqlər zamanı bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğu və bunun nəticəsində ətraf mühitə ciddi zərər dəydiyi, infrastruktur obyektlərin, su təchizatı şəbəkələrinin, hidrotexniki qurğuların və sahil bərkitmə bəndlərinin ciddi təhlükəyə düşməsi,çay məcralarının kəskin eroziyaya məruz qaldığı aşkar olmuşdur.
Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmışdır. Bu cinayət işlərinin nəticəsi olaraq bir neçə şirkətin rəhbər şəxsi həbs olundu. Həbs olunalardan biri də "Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov idi.
İndi isə məlum olur ki, "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Qusar, Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işlərini "Avropa-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-yə həvalə edib. Qeyd edək ki, Qəbələ rayonu ərazisində Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işlərinə 4 800 000 manat büdcə vəsaiti sərf ediləcək. Qusar və Türyançay çaylarında sahilbərkitmə işlərinə də milyonlarla manat büdcə vəsaiti sərf ediləcək.
Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilov milyonlarla manat büdcə vəsaitinin sərf olunacağı layihəni rəhbər şəxsi haqqında yerin təkinin qorunması və istifadəsi qaydalarını pozduğuna görə cinayət işi açılmış "Avropa-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-yə həvalə etməsinin pərdəarxası səbəblərini araşdırmağa çalışacağıq. İnanırıq ki, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis” fəxri adına layiq görülmüş Ramiz Vəkilovun deməyə sözü var. Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilovun milyonlarla manat büdcə vəsaitinin sərf olunacağı Qusar, Türyançay, Bumçay, Tikanlıçay, Dəmiraparançay və digər çaylarda sahilbərkitmə işlərinin "Avropa-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-yə həvalə edilməsi ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
Azad Aydın,
"Yeni Sözçü" qəzeti