ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir


ABŞ ordusu son 24 saat ərzində Hörmüz boğazından 20 ticarət gəmisini müşayiət edib. Sozcu.info xəbər verir ki, məlumatı Axios jurnalisti Barak Ravid adı açıqlanmayan ABŞ rəsmisinə istinadən X hesabında yayıb: "Son 24 saat ərzində təxminən 20 ticarət gəmisi ABŞ ordusu ilə koordinasiyalı şəkildə Hörmüz boğazından keçib".

Ravid həmçinin bir neçə gəminin ABŞ-la koordinasiyasız Hörmüz boğazından keçdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də İranın bağlandığını elan etməsindən sonra ABŞ qüvvələrinin Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə hazır olduğunu bildirib. Komandanlıq vurğulayıb ki, Tehranın açıqlamalarına baxmayaraq, ABŞ qüvvələri təhlükəsiz keçidi təmin etmək üçün hazır vəziyyətdədir.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti