İsmayıllıdakı sabitlik kimləri qane etmir?

İsmayıllıdakı sabitlik kimləri qane etmir?Mirdamət Sadıqovun əleyhinə təbliğatın arxasında maraqlı qüvvələr dayanır

Manatın ikinci devalvasiyasından sonra ölkənin müxtəlif regionlarında etirazların keçirildiyi zaman iki məqam diqqəti cəlb etdi. Birincisi, ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələr bu günə kimi ölkənin bəzi rayonlarında baş verən ixtişaşları nəzərə alaraq diqqətləri həmin rayonlara yönəltmələri idi. Diqqətlər əsasən Quba və İsmayıllı rayonlarına yönəlmişdi. Qubada müəyyən etirazlar olsa da, İsmayıllı rayonunda tam sabitlik hökm sürürdü. Bu məqam ikinci bir məqama diqqəti yönəltdi. Məlum oldu ki, doğru idarəçilik problemlərin həlli yolunun ən doğru açarıdır. İsmayıllı rayon icra hakimiyyətinə Mirdamət Sadıqovun rəhbərlik etdiyi dövrdə rayonda həyata keçirilən islahatlar, xüsusilə də özəl təsərrüfatlara münasibətin dəyişməsi tamamilə fərqli vəziyyət yaradıb. Qeyd edək ki, ötən il ölkə iqtisadiyyatı üçün ən ağır il olsa da, eyni sözləri İsmayıllı rayonu haqqında demək olmaz. Əksinə, ötən il İsmayıllı rayonunun iqtisadi inkişafı rayonun əvvəlki illərindən ən yaxşısı hesab oluna bilər. İsmayıllı rayonunun tarixində ilk dəfə olaraq 100 min tondan artıq taxıl yığılması və üzüm istehsalında əldə olunan artımla yanaşı, başqa sahələrdə də inkişaflın xüsusilə vüsət alması daxildir. Ötən il İsmayıllı rayonu turizm obyektləri üçün də uğurlu illərdən hesab oluna bilər. Ancaq bütün bu faktlar İsmayıllı rayonunda sabitlikdən narahat olanları dayandıra bilmir. Buna görə də onlar hər vəchlə Mirdamət Sadıqovun fürsətdə mövqelərini zəiflətməyə, ali dövlət hakimiyyətində icra başçısının fəaliyyətinə qarşı şübhələr yaratmağa çalışırlar. İsmayıllı rayonunda büdcə vəsaitləri hesabına həyata keçirilmiş tikinti, təmir və abadlıq işləri ilə bağlı statistik məlumatların üzərində manupulyasiya etməkdən də çəkinmirlər.Əgər İsmayıllı rayonunda monitorinq aparılsa büdcə vəsaitlərindən maksimum şəkildə effektli istifadə olunması üzə çıxcaq. Əgər belə olmasaydı bu gün İsmayıllı rayonu ölkəmizin ən gözəl guşələrindən birinə çevrilməzdi. Ancaq görünür bütün bunlar kimləri isə qıcıqlandırır və onlar İsmayıllı rayonunu da Füzuli, Lənkəran və ya Siyəzən kimi etiraz dalğalarının bürüdüyü bir yer kimi görmək istəyirlər. İsmayıllı rayonunda yaranmış sabitlik-effektli idarəçilik və iqtisadi inkişafın yaratdığı harmoniya isə onların niyyətlərinin gerçəkləşməsinə mane olur. Buna görə də onlar bu harmoniyanın pozulması üçün ilk olaraq idarəçiliyi və idarəedənləri hədəf alıblar. Bu zaman isə hətta Mirdamət Sadıqovla sabiq icra başçısı Nizami Ələkbərov arasında da birlik axtarmaqdan çəkinmirlər. Ancaq İsmayıllı rayonunun ictimi-siyasi həyatında baş verən müsbət dəyişikliklər, insanların istehsalat prosesinə yönlənmələri Nizami Ələkbərov dövründən hec bir əlamət qalmadığını göstərir. Ən sonuncu isə İsmayıllı rayonu keçmişin mirasından qurtulduğunu göstərən devalvasiyadan sonra bu rayonda tam sabitliyin hökm sürdüyünü də təsdiqlədi. Ancaq belə görünür ki, bütün bunlar İsmayılı rayonunda sabitliyin pozulmasında maraqlı olan qüvvələri dayandıra bilməyəcək və onlar rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovu hədəf almaqdan çəkinməyəcəklər. Belə mövqedə olanların fikirincə məhz Mirdamət Sadıqov onların planlarına mane olur və onun vəzifəsindən kənarlaşdırılması İsmayıllı rayonunda sabitliyin pozulmasının açarı ola bilər. Heç şübhəsiz ki, prezident İlham Əliyev, Prezident Adminstrasiyasının rəhbərliyi də bunun fərqindədir və İsmayıllı rayonunda sabitliyin pozulmasında maraqlı olanların niyyətlərinə çatmalarına imkan verilməyəcək.

A.Nəbiyev



Oxşar Xəbərlər

Xəbər lenti