15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.
"Report”un məlumatına görə, bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub.
Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.
A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü, Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.
Qeyd edək ki, "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir.