8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Vəkil Bəhruz Bayramov: "Arzu Əliyevin ADPU-dan çıxarıldığı üçün rektorun otağı qarşısında keçindiyi haqda informasiyanı sayta hadisənin canlı şahidləri verib və onlar məhkəmədə ifadə verməyə hazırdırlar”
Bu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərovun Muxalifet.az xəbər portalına qarşı iddiasına baxılıb. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə Muxalifet.az saytının vəkili Bəhruz Bayramov qarşı tərəfin iddiasının bir neçə səbəbdən əsassız olduğunu bildirdi. Vəkil ilk olaraq onu diqqətə çatdırdı ki, Cəfər Cəfərovun "nurçular”la əlaqəsindən yazan sayt heç bir halda hüquqi məsuliyyət daşımır. Çünki C.Cəfərovun hələ Turizm İnstitutuna rəhbərlik etdiyi dövrdən Qafqaz Universitetinin rektoru Əhməd Sanıc və "Çağ Öyrətim İşlətmələri Şirkəti”nin rəhbəri Enver Özerinlə yaxın əlaqələr qurduğu bundan öncə də müxtəlif KİV-lərdə dəfələrlə yazılıb. Hətta onların bir çox tədbirlərdə yanaşı çəkilmiş fotoları və video-görüntüləri də mövcuddur. Digər tərəfdən, Muxalifet.az Cəfər Cəfərovun "nurçular”la əlaqədə olduğunu yazsa da, rektor hansısa cinayətdə ittiham olunmur. Belə ki, Azərbaycan Milli Məclisi "nurçular” adlanan Fətullahçı şəbəkəni "terror təşkilatı” kimi tanımadığından və yaxud onların dövlət əleyhinə fəaliyyəti ilə bağlı heç bir rəsmi sənəd mövcud olmadığından, ADPU rektorunun iddiası absurddur. Cəfər Cəfərovun "Kütləvi İnformasiya Vasitələri Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsini əsas gətirərək Muxalifet.az saytından 100 min manat təzminat tələb etməsinə gəldikdə, Bəhruz Bayramov bu iddianın da gülünc oludğunu qarşı tərəfin diqqətinə çatdırdı. Vəkil bildirdi ki, 10-cu maddə KİV haqqında qanundan çıxarıldığından, məlum iddianın heç bir hüquqi əsası yoxdur. Bəhruz Bayramov
Bəhruz Bayramov məhkəmədə ADPU rektorunun rəhbərlik etdiyi universitetdə baş verən ölüm faktı ilə bağlı Muxalifet.az-da yazılanların da, qarşı tərəfin etirazına rəğmən, əsassız olmadığını vurğuladı. Bildirdi ki, ADPU-nun müəllimi Arzu Əliyevin işdən çıxarıldığı üçün rektorun otağı qarşısında keçindiyi haqda informasiyanı sayta hadisənin canlı şahidləri verib və onlar məhkəmədə ifadə verməyə hazırdırlar. Maraqlıdır ki, Cəfər Cəfərovun prosesdə iştirak edən vəkili ciddi-cəhdlə şahidlərin ifadə verməsinə əngəl oldu. Nəticədə hakim Kəmalə Əmirxanova ADPU rektorunun iddalarının nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq üçün linqvistik ekpertiza təyin olunmasına qərar verdi. Ekspertizanın rəyi bəlli olduqdan sonra məhkəmə prosesi davam etdiriləcək. Muxalifet.az Redaksiyadan: ADPU rektorunun fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə oxucularımızı universitetdə baş verən çoxsaylı qanunsuz faktlarla tanış edəcəyik. Bizi izləyin.