8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında, ev sahibliyi etdiyi tədbirlərin davamlılığında özünün aydın ifadəsini tapır.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərinin yeni, daha yüksək səviyyəyə qalxmasını qeyd edən ölkə başçımız vurğulayıb ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. “İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir”. Azərbaycanın kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini daim nümayiş etdirdiyini də vurğulayan ölkəmizin başçısı əlavə edib ki, ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib, həmçinin,,su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə hər zaman dəstək verib,onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Prezident cənab İlham Əliyevin kiçik ada dövlətlərinə dəstəyinin nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz zamanı iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həllinin vacibliyini nəzərə alaraq Bakıda keçirilən COP zamanı İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsi təmin edildi. Təkcə bir faktı xatırladaq ki, Azərbaycan dövləti həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib.Azərbaycanın ədalətli mövqeyinin Qoşulmama Hərəkatı ölkələri tərəfindən dəstəklənməsi, onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş olan və beynəlxalq aləmin məsuliyyətli və fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır. Qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin daha da gücləndirilməsi, səylərin birləşdirilməsini hər zaman əsas məsələ kimi qarşıya qoyan ölkə başçımız İlham Əliyevin bu addımları olduqca təqdirəlayiqdir.
Gülnar Hüseynova
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info