Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycan Jurnalistlər Birliyi (AJB) qeyri-ciddi təşkilat deyil. Bu quruma qarşı həmin ittihamları səsləndirən şəxs özü qeyri-ciddidir”.
Sozcu.info xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında rəhbərlik etdiyi qurumun ünvanına səsləndirilən ittihamlarla bağlı danışan "Ayna - Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. Amma o, etiraf edib ki, AJB-nin fəaliyyəti olduqca zəifdir:
"Təşkilat 1990-cı ilin 20 yanvar hadisələrindən sonra heç kimdən maddi dəstək almayıb. O zaman heç mən sədr deyildim. AJB-yə qarşı ittiham səsləndirənlər hamilərindən pul alır, digərləri isə KİV-ə Dəstək Fondundan maliyyələşirlər. Amma Jurnalistlər Birliyi heç yerdən pul ala bilmir. AJB vaxtilə QHT-lərə Dövlət Dəstəyi Şurasından bir neçə layihə qazana bilmişdi. Sonradan KİV-ə Dövlət Dəstəyi Fondu yarandı və bizə dedilər, həmin fonda müraciət edək. Amma KİV-ə Dəstək Fondunun nizamnaməsində jurnalist təşkilatlarına pul ayırmaqla bağlı heç bir müddəa yoxdur. Hazırda xaricdən qrant almaq imkanları da mümkün deyil. Belə şəraitdə AJB-nin fəaliyyətini necə gücləndirmək olar?”.
Elçin Şıxlı iddia edilənin əksinə olaraq, təşkilatın üzvlüyündə qeyri-jurnalistlərin olmadığını qətiyyətlə vurğulayıb:
"Əgər təşkilatın üzvlüyündə qeyri-jurnalistlər varsa, dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”.