PREZİDENT ADMİNİSTRASİYASININ ƏMƏKDAŞINI POLİS SAXLADI – Əli Pənahov qanunsuz çəkiliş aparmaqda ittiham olunur –TƏCİLİ

 

Xəbər verildiyi kimi, Gəncə hadisələrində həbs olunan şəxslərin yaxınları hər həftənin ikinci və beşinci günləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirirlər.

Sozcu.info un əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında da aksiya iştirakçıları Prezident Administrasiyasının qarşısına toplanaraq, etiraz şüarları səsləndiriblər. Bu zaman kənardan çəkiliş aparan bir nəfər mülki şəxs aksiyanın təhlükəsizliyini qoruyan polis əməkdaşlaranın diqqətini cəlb edib. Nəticədə polislər yaxınlaşaraq həmin şəxsin çəkiliş apardığı telefonunu əlindən alıb, özünü isə maşına basaraq ərazidən uzaqlaşdırılblar.

Hadisə şahidlərinin əməkdaşımıza verdiyi məlumata görə, saxlanılan şəxs dövlət işçisi olduğunu bildirsə də, polislər onun sözlərinə əhəmiyyət verməyib. Sonradan isə aydın olub ki, saxlanılan şəxs həqiqətən də dövlət işçisidir və Prezident Administrasiyası ictima-siyasi şöbənin əməkdaşı Əli Pənahovdur.

Məlumata görə, Əli Pənahov çəkilişi ikinci ali təhsil aldığı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının binasından aparırmış.

Maraqlıdır ki, o, Prezident Administrasiyası ictima-siyasi şöbənin əməkdaşı kimi təqdim etsə də, polis buna əhəmiyyət verməyib. Güman olunur ki, Ə.Pənahov etiraz aksiyasının görüntülərini sosial şəbəkələrdə yaymaq məqsədilə çəkdiyi üçün saxlanılıb. Onun hazırda polis nəzarətində olduğu bildirilir.


P.S. Əlavə məlumat verməyə çalışacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti