Zamirə Hacıyeva yenidən dünya KİV-nin gündəmində - 4 MİLYONLUQ ÜZÜK...

 

Sabiq bankirin arvadının həyat tərzi varlı ingilisləri belə təəccübləndirib; bahalı mağazadan alınan 1 milyonluq oyuncaq...

Beynəlxalq Bankın keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyeva yenidən dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir. Britaniyanın "The Telegraph” nəşri Zamirə Hacıyevanın Londonda misli görünməmiş xərclərinin yeni təfərrüatları haqda yazı dərc edib. Həmin yazı əksər nüfuzlu KİV-də tirajlanıb.

KİV-in əlinə 3 loyallıq kartının və Azərbaycan Beynəlxalq Bankının buraxdığı 35 kredit kartının tranzaksiyaları haqda məlumatlar keçib.

Zamirə Hacıyeva Londonun məşhur "Harrods” univermağında ümumilikdə 16 milyon funt sterlinq xərcləyib. Xərclər arasında "Boucheron” təmtəraqlı zərgərlik əşyalarına xərclənmiş 4 milyon funt sterlinq seçilir. 1,75 milyon funta Hacıyeva saatlar və "Cartier” zərgərlik məmulatları alıb. 1 milyon "Harrods”un oyuncaq satılan bölümündə xərclənib ki, burada hansısa bir alışa 790 min funt verilib. Daha 250 min funt parfümeriya şöbəsində xərclənib. Hacıyeva dəbli dizayner geyim brendlərinə yüz minlərlə funt sterlinq sərf edib. O cümlədən 131 min 300 - "Dennis Basso”dan paltara, 144 min - "Celine”nin mallarına, 136 min funt - "Fendi”nin məhsullarına, 143 min funt - "Christian Dior” brendinə. Və bütün bunlar cəmi bir dəfə mağazaya daxil olmaqla alınıb. "Godiva” şokolad satışı mağazaları şəbəkəsində Hacıyeva 30 min funt sterlinqlik şirniyyat alıb. Daha 2400 funt şəraba və spirtli içkilərə sərf olunub.

Zamirə Hacıyeva üzük ile ilgili görsel sonucu

Zamirə Hacıyeva 2006-2016-cı illərdə donuz ətindən hazırlanmış sendviç alışına 332 min funt sterlinq xərcləyib. Onun xərclər siyahısı genişdir. Diqqətli təftişçilər hesablayıblar ki, Zamirə Hacıyeva "Harrods”da alış-verişin 11 dəfəsində hər dəfə 250 min funt-sterliqdən artıq vəsait xərcləyib.

Bəzi tranzaksiyalar pulların məhz nəyə xərcləndiyini göstərmir. "Harrods”da illik 10 min funtdan artıq xərcləmiş müştərilər üçün mükafatlandırma sxemi mövcuddur. Varlı müştərilər üçün hər sərf olunmuş funt müqabilində 3 bal hesablanır. Toplanmış 500 bal loyallıq kartının sahibinə 5 funt qazandırır. Bu səbəbdən, 16 milyon xərcləyərək, Zamirə Hacıyeva 480 min futnluq bonus əldə edə bilərdi. "The Telegraph” xatırladır ki, 55 yaşlı Zamirə Hacıyeva ötən il pulların yuyulmasına qarşı "McMafia” adlı yeni qanun qüvvəyə mindikdən sonra Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (National Crime Agency) izlənmə obyektinə çevrilib.

Cahangir və Zamirə Hacıyevlər ile ilgili görsel sonucu

Böyük Britaniya hakimiyyəti bilmək istəyir ki, Cahangir və Zamirə Hacıyevlər "Harrods”dan piyada bir neçə dəqiqəlik məsafədə olan 11,5 milyon funtluq evi və 10,5 milyon futluq qolf-klubu necə alıblar. Ev 2009-cu ildə Britaniyanın Virginiya adalarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda ev 15 milyon funt həcmində qiymətləndirilir. Qolf-klub sövdələşməsi isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçmiş şirkət tərəfindən bağlanıb, lakin müstəntiqlər hesab edirlər ki, hər iki obyekt Hacıyevaya və onun ərinə məxsusdur.

Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasının alınması məqsədilə Hacıyeva İsveçrə bankındakı 1 milyon funtdan artıq hesab təqdim edib. Böyük Britaniya istiqrazlarına o, 1 milyondan artıq vəsait yatırıb.

Sənədlərdə həmçinin İtaliyanın Sardiniya adasındakı 15 milyon funtluq ev, Bakıda 5 milyon funtluq ev və 2 milyon funtluq mənzillə bağlı qeydlər var. Müstəntiqlər güman edirlər ki, Hacıyevlər cütlüyü "Gulfstream G550" təyyarəsinin alışına 33 milyon funt xərcləyib.

Həmçinin bildirilir ki, Zamirə Hacıyevaya günlərin birində təcili pul lazım olub və bu səbəbdən o, 2016-cı ildə təxminən 3 milyon funt sterlinq dəyərində zinət əşyalarını satıb.

Ä°lgili resim

Xatırladaq ki, Zamirə Hacıyeva barəsində Böyük Britaniyada pulların yuyulması ilə mübarizə haqqında yeni qanunun tətbiq edildiyi ilk əcnəbi vətəndaşdır. O, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində həbs edilmişdi. Z.Hacıyevaya vəsaitlərin mənimsənilməsi ilə bağlı 2 ittiham irəli sürülüb və sonra o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq müqabilində zaminə buraxıblar. Hazırda Z.Hacıyeva Londondakı evində yaşayır, ona şəhəri tərk etmək qadağan olunub və hər gün polisdə qeydiyyatdan keçməlidir.

London Yüksək Məhkəməsi Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (National Crime Agency) sorğusu əsasında həmçinin Zamirə Hacıyevaya məxsus olan bəzi əmlaklara həbs qoyub. Bunlar Naytsbricdə yerləşən qiyməti 15 milyon funt sterlinq olan malikanə, 11 milyon funt sterlinq dəyərində qolf-klub, qiyməti təxminən 50 milyon dollar olan "Gulfstream” təyyarəsi və zinət əşyalarıdır.

Zamirə Hacıyeva 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib. Vestminster Magistrates Məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}