8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.
Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – "Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.
Mərasimə dəvətlilərdən biri – tanınmış təhsil eksperti Etibar Əliyev tədbirin təşkilatçılığını tənqid edib. Ekspertin mövzuya dair "Facebook” statusunu təqdim edirik:
"Dünən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimi keçirildi.Deputatların, rektorların, təhsil ekspertlərinin dəvət olunduqları tədbirə şoumen Murad Dadaşov da dəvət olunmuşdu. Kimsə mənə dediki ki, təhsili artıq məzhəkəyə çeviriblər. Onun dediyi təsdiqini tapdı. "Təhsil eksperti” Murad Dadaşovu şagirdlərə medalları vermək üçün səhnəyə dəvət etdilər, ancaq professor, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovu dəvət etmədilər. Gerizəkalılığa diqqət edin: ən azında fizika üzrə qalibləri (bürünc medal olsa da olardlı) fizika-riyaziyyat elmləri doktoru, əsl müəllim Şahlar Əsgərovun təltif etməsi şagirdlərin də yaddaşına həkk olunardı. Bunun üçün Harvardı oxumaq lazım deyil. Azca şüurlu olmaq lazımdır. 20-30 medalı "təhsil dahisi” Emin Əmrullayev verməkdənsə, tədbirə dəvət olunmuş ictimaiyyətin tanınmış nümayəndələri də nəzərə alınmalı idi…
Tədbir iştirakçıları fürsətdən istifadə edib nazirliyin Aparat rəhbəti Muxtarı (familiyasını bilmirəm) da görmək şərəfinə nail oldular. Muxtar nazir müavini İdris İsayevin payına düşən medalları da verdi.
Bütün bu məzhəkələrə baxmayaraq, qalibləri səmimi qəlbdən təbrik edirəm…”/"AzPolitika.info”/