Zurabişvilidən Moskvaya sərt ittiham: "Rusiya işğalçıdır, düşmənimizdir..."

Zurabişvilidən Moskvaya sərt ittiham: "Rusiya işğalçıdır, düşmənimizdir..."

 

"Rusiya düşmənimiz və işğalçıdır. Onların idarə etdiyi "beşinci kalon" bu gün açıq təcavüzdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil".

Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında keçirilən etirazlara münasibət bildirərkən "Facebook" səhifəsində yazıb.

Onun fikrincə, Gürcüstanda daxili qarşıdurmanı təşviq edənlər "Rusiya siyasəti"ni dəstəkləyənlərdir. Bundan başqa, Gürcüstan prezidenti sabiq dövlət başçısı Mixeil Saakaşvilinin polisin etirazçılara qoşulmasına dair çağırışını pisləyib/Report. 



Oxşar Xəbərlər

Xəbər lenti