8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Fərhad Əhmədov: "Mənim adımı hallandırmaq diqqəti əsl "zərərçəkəndən” yayındırmağa yönələn primitiv cəhddir”
Xəbər verildiyi kimi, İngiltərənin Daily Mail nəşri Azərbaycanın adı hallanan sensasialı birməlumat yayıb. Məlumat bundan ibarətdir ki, 22 yaşlı bir azərbaycanlı turist İspaniyanın İbisa kurort şəhərində çimərlikdə 1 milyon 150 min funt sterlinq – 2 milyon manatdan çox dəyəri olan saatını oğurlatdırıb.
Oğurlanan saatın markası "Richard Mille 50-03 McLaren F1″dir. Bu xronoqraf saatdan cəmi 75 ədəd istehsal olunub. Qəzet saat sahibinin kimliyi barədə yazmasa da, qeyd edib ki, hadisə gündüz vaxtı, şəhər kənarında baş verib. 22 yaşlı azərbaycanlı gənc dostu ilə gəzdiyi yerdə hücuma məruz qalıb və basqın edən ona bir neçə zərbə vuraraq saatını alıb, qaçıb. Zərərçəkən dərhal yerli polisə bu barədə məlumat verib.
Məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli isə belə bahalı soyğuna məruz qalan azərbaycanlı gəncin kimliyi haqda əldə etdiyi məlumatı feysbuk hesabında paylaşıb. Jurnalist yazır ki, artıq dünta mediasının heyrətlə tirajladığı bu xəbərdə adı çəkilməyən azərbaycanlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlidir.
Qeyd edək ki, Saleh Məmmədov adı mətbuatda ən çox korrupsiyada halanan məmurlardan hesab olunur. yollara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsini mənimsədiyinə dair iddialar var.
"22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmilyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir…”, – deyə jurnalist qeyd edib.
Ancaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, "oğurlandığı deyilən satin sahibi Sübhan Məmmədli deyil. O heç vaxt İbizada olmayıb”.
Mediadakı iddialarda Sübhan Məmmədlinin London universitetlərindən birində oxuduğu yazılsa da, Anar Nəcəfli bu məlumatların da yanlış olduğunu deyib. O, Sübhan Məmmədlinin Londonda nə işlə məşğul olması barədə suala cavab verə bilməyəcəyini bildiriib.
Sübhan Məmmədli nə deyir?
Londonda yerləşən Splento Ltd adlı şirkətin direktoru Sübhan Məmmədlinin də 22 yaşı var – o, 1997-ci ildə doğulub, şirkətin saytında yerləşdirilmiş məlumatda belə deyilir. Bəs Sübhan Məmmədlinin saatının İbizada oğurlanması xəbərləri doğrudurmu?
"O bu barədə danışmaq istəmir”, Splento Ltd şirkətinin Kseniya adlı əməkdaşı telefon danışığı zamanı deyib. Bu barədə "BBC News Azərbaycanca” məlumat verib.
Redaksiyamıza "Splento Ltd”-dən göndərilən emailda isə "Bu səhv məlumatdır” mənasını verən "It is a fault information” cümləsi yazılıb.
"Sübhan Məmmədli müsahibə vermək istəmir”, şirkətin əməkdaşı deyib.
Maraqlıdır ki, Anar Nəcəfli isə Sübhan Məmmədlinin hazırda Bakıda olduğunu bildirib.
Oğurlanmış saat Richard Mille və McLarenin birgə istehsalıdır, dünyanın ən bahalı saatlarındandır və Formula 1 oyunlarından ilhamlanaraq yaradılıb.
Splento Ltd Londonun mərkəzində yerləşən və saytda yazıldığına görə, "Fotoqraf xidmətləri göstərən” şirkətdir.
Saytdakı məlumatlarda Sübhan Məmmədlinin şirkətə 2018-ci ilin dekabr ayında direktor təyin olunduğu bildirilir. Britaniya hökumətinin şirkətlərə dair kataloqunda isə, onun 2019-cu ilin fevral ayında direktor kimi Londondakı fərqli ünvanda qeydiyyatdan keçdiyi bildirilir.
Məlumatda onun milliyyətcə azərbaycanlı olduğu yazılıb. Şirkətin səhmlərinin 50 faizdən çoxu Roman Grigoryev adlı şəxsə məxsusdur, saytda yazılıb. Bu ilin mart ayının sonuna olan məlumata görə, şirkətin kapitalı 1 milyon funt sterlinqdən çoxdur.
Oğurlanan saatı rusiyalı milyarder Fərhad Əhmədovun oğlunundur?
Qeyd edək ki, oğurlanan saatın Sübhan Məmmədliyə məxsus olduğu haqda məlumat yayıldıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədr Saleh Məmmədova yaxın saytlardan birində saatın "əsl sahibini” tapıldığı iddia olundu. Bildirildi ki, 1.5 milyon dollarlıq saatı oğurlanan gənc Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun oğlu Timur Əhmədodur.
Ancaq rusiyalı milyarder virtualaz-a a açıqlamasında oğurlanan saata görə onun və oğlunun adının hallandırılmasını "diqqəti əsl "zərərçəkəndən” yayındırmağa yönəlmiş primitiv cəhd” adlandırıb.
"Bu iddialar qaçılmaz şəkildə İbizada baş vermiş həmin kazusa yönəlmiş ictimai diqqəti yayındırmağa yönələn primitiv cəhddir, əsl "zərərçəkmişi” hədəfdən yayındırmağa hesablanmış iz azdırmadır. Şəxsən məni özümün və oğlumun adının hallandırılması məyus etmir, yeri gəlmişkən bu hallandırma özü gülməlidir. Əsl kədərli olan milli məmur sinfinin-"xalqın nökərlərinin” korrupsiyalaşma səviyyəsidir. Hansı ki, onların törəmələrinin qollarındakı saatın puluna qocalar, əlillər üçün iki-üç bina tikmək olardı. Və kədərli olanı milli medianın sarı seqmentinin qeyri-peşəkarlığı və prinsipsizliyidir”,-F.Əhmədov bildirib.
Fərhad Əhmədovun qanuni nümayəndəsi Nail Şahverdiyev isə KİV-lərə biznesmenin adından yazılı təkzib bəyanatı göndərib. Həmin bəyanatda saatın F.Əhmədovun oğluna məxsus olması haqda internet portallarının iddiaları təkzib edilir. Bildirilir ki, nə Fərhad Əhmədovun, nə oğlunun "Richard Mille 50-03 McLaren F1” qol saatı yoxdur. Nəticədə bu saat Əhmədovun oğlundan oğurlana bilməzdi. "Belə ki, nə mən, nə də mənim övladlarım qol saatından istifadə etmirik”,-biznesmenin adından yayılan təkzibdə deyilir.
Biznesmenin qanuni nümayəndəsi bu deyilənlərə onu da əlavə edib ki, F.Əhmədov leqal yollarla pul qazanan biznesmendir və məntiqlə o, qazandığı qanuni vəsaitlər hesabına hansısa lüks əşya alsa bunu gizlətməyə də ehtiyacı olmazdı.
Beləliklə, İbizada oğurlanan saatın sahibini doğrudan da korrupsioner məmurların törəmələri arasında axtarmaq lazım gəlir… Bəs o korrupsioner kimdir?/azpolitika.info/