18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
Tədbirdə SDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrantlara diplomlar təntənəli şəkildə təqdim edildi. Elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən fəxri fərman, mükafat və hədiyyələr təqdim olundu. Həmçinin Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 11 Yanvar 2019-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikasında "Nəsimi ili” elan edilmişdir.Bu sərancama uyğun olaraq rektor professor Elxan Hüseynovun R-13\1 saylı, 18.02.2019-cu il tarixli əmrlə təsdiq olunmuş şair İmadəddin Nəsiminin 650 illik yubileyinin Sumqayıt Dövlət Universitetində keçirilməsi məqsədilə tədbirlər planı işlənmişdir. Bu tədbirlərdən biri də universitetimizdə təşkil edilən "Nəsiminin söz dünyası” adlı fakültələrarası elmi-yaradıcılıq müsabiqəsidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq qalib seçilmiş tələbə və magistrantlar fəxri fərman və pul mükafatları ilə təltif olundular. Bir qrup tələbə isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəxri fərmanları ilə təltif olundular.
Sonra ənənəvi "papaqatma” mərasimi keçirildi.Tədbir konsert proqramı ilə davam etdi. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, respublikamızın tanınmış incəsənət xadimləri və digər gənc sənətçilər ifaları ilə məzunları təbrik etdilər. Yolunuz açıq olsun, əziz məzunlar!