8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Azərbaycanda milli mətbuatın 144 yaşı tamam olur.
Xatırladaq ki, milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu tarix – 22 iyul ölkədə Milli Mətbuat Günü kimi qeyd olunmaqdadır.
Prezident İlham Əliyevin hakimiyyəti dönəmində isə Milli Mətbuat Günü daha qabarıq şəkildə qeyd olunmağa başlayıb. Belə ki, bu Gün münasibətilə yüzlərlə jurnalist mənzillə təmin olunub, mətbuat nümayəndələrinə çoxsaylı mükafatlar və fəxri adlar verilib. O cümlədən İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb ki, bu fond vasitəsilə onlarla qəzetə dövlət tərəfindən maddi dəstək göstərilməkdədir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə rəsmi "Facebook” hesabında paylaşım etməsi də təsadüf deyil və mətbuata diqqətin bariz nümunəsidir. Hansı ki, dövlət başçısı təbrikini "Bünövrəsi "Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir”, - kimi ifadə edib.
Onu da vurğulayaq ki, hər zaman olduğu kimi, bu il də Prezident Administrasiyası İctimai-siyasi şöbənin və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə bağlı media nümayəndələri üçün ziyafət təşkil olunub və bu tədbirdə onlarla jurnalist mükafatlandırılacaqdır.
Şübhəsiz, Azərbaycanda mətbuatın inkişafı üçün keçirilən bu və digər tədbirlər təqdir olunmalıdır. Doğrudur, bəzi hallarda dövlətin mətbuata dəstəyini yanlış dəyərləndirənlər, yəni bunu jurnalistlərin ələ alınmasına cəhd kimi təqdim edənlər də olur. Amma etiraf etməliyik ki, Azərbaycanda xüsusən də çap mətbuatının öz mövcudluğunu qoruyub-saxlaması və inkişafı üçün bu dəstək hava-su kimi lazımdır. O başqa məsələ ki, hansı redaksiya bu dəstəkdən necə yararlanır...
Milli Mətbuat Günü ilə bağlı keçirilən rəsmi tədbirlərlə yanaşı, bəzi QHT-lər və Jurnalistlər Birliyi də müxtəlif mərasimlər təşkil edirlər. Buna misal olaraq "Ayna” və "Zarkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının təşəbbüsü ilə "Hilton”da keçirilən tədbiri qeyd edə bilərik. Hansı ki, bu tədbirdə də xeyli sayda jurnalist mükafatlara layiq görülüb.
Əlbəttə, jurnalistlərin heç olmasa ilin bir günündəsə diqqət mərkəzində olması, müxtəlif mükafatlarla təltif olunmaları müsbət haldır. Amma son 5 ildir Azərbaycan mətbuatında varlığı gözə dəyməyən, hətta bəzi hallarda barəsində ölkəni tərk edəcəyi haqda informasiyalar dolaşan hörmətli Elçin Şıxlının birdən-birə ortaya çıxaraq media nümayəndələrini "Hilton” kimi bahalı bir otelə toplayıb, onların şərəfinə ziyafət təşkil etməsi və mükafatlar paylaması heç də sıradan bir hadisə hesab olunmamalıdır. Ən azı ona görə ki, Azərbaycan dövlətinin mətbuat siyasətini Prezident Administrasiyasının İctimai-siyasi şöbəsi apardığı bir halda Elçin Şıxlının bu siyasətə alternativ ortaya qoyması təsadüf ola bilməz. Xüsusən də E.Şıxlının son vaxtlar tez-tez müxtəlif xarici ölkələrə səfərlər etdiyi haqda əldə etdiyimiz informasiyalardan sonra, hörmətli baş redaktorun 5 illik sükutu pozması bizim üçün kifayət qədər düşündürcüdür...