8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə yürütdüyü siyasət Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini artırmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurları xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən daha yaxşı görünür və bununla fəxr edirlər. Gürcüstnada yaşayan azərbaycanlılar prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin necə bəhrə verdiyini çox yaxşı bilirlər. İlham Əliyevin hakimiyyəti illərində Gürcüstan Azərbaycan münasibətləri daha da inkişaf etmişdir ki, bu da Gürcüstanda yaşayan soydaşlarımızın gürcü cəmiyyətində mövqeyni daha da yüksəltmişdir.
Azərbaycanın uğurları dostlarını sevindirdiyi kimi, düşmənlərini də qəzəbləndirir. Buna görə Azərbaycanın bu inkişafının qarşısını almaq üçün müxtəlif planlar çızırlar. Azərbaycanın düşmənlərinin bədnam planlarını puça çıxaracaq lider İlham Əliyevdir. Azərbaycan üçün mühüm olan bu zamanda İlham Əliyevin siyasətinin davam etməsi üçün hər bir Azərbaycan vətəndaşı doğru seçim etməlidir.
Gürcüstan Azərbaycanlıları Milli Konqresi Azərbaycanda yaşayan Gürcüstan əsilli soydaşlarımızı 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırır.
Sozcu.info