AzTV-də aparılan kadr islahatlarını gündəmə cevirənlər, İTV-də kadr islahatları aparılanda görəsən niyə susurdular

    

 

AzTV-də aparılan kadr islahatlarını gündəmə cevirənlər,  İTV-də kadr islahatları aparılanda görəsən niyə susurdular

 


 

Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) Rövşən Məmmədovun sədri vəzifəsinin icraçısı təyin olunmasından sonar apardığı kadır islahatları davamlı olaraq respublika mediasının gündəminə cevrilib. Televiziyada aparılan kadır islahatları etrazlarla və qalmaqallarla müşahidə olunsada, AzTV-nin ekranında kifayət qədər müsbət dəyşiliklərin baş verdiyini inkar etmək olmaz. Son altı ayda kanalda çox ciddi dəyşiliklərin baş verdiyini hər bir tamaşaçı məmuniyyətlə izləyir. Bir sözlə görünən odur ki, uzun sürən durğunluq dövrü başa çataraq, Az.TV-nin həyatında yeni mərhələ başlayab. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Dövlətin əsas televiziyasının siması dəyişməklə yanaşı, orada böyük canlanmanın baş verdiyini görürük. Qısa müddət ərzində belə dəyşiliklərə nail olmaq Rövşən Məmmədovun önəmli uğrurudur və AzTV tamaşaçıları ümid edirlər ki, bu uğurların sayı daha da artacaqdır. Onuda qeyd etmək lazımdır ki, ötən müddət ərzində  "Xəbərlər” informasiya buraxılışlarının sayının artırılması ilə yanaşı, yeni studiyalarda təqdim olunan rəngarəng, təbliğat və social xarakterli verlişlərin sayı çoxalmışdır. Sevindirici haldır ki, açılan yeni verlişlərin heç biri "prodakşn” verlişi deyil. Bu verlişlərin hər biri AzTV kanalının əməkdaşları tərəfindən hazırlanıb.   

Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır. Bütün bunlar isə efir palitrasını zənginləşdirməklə yanaşı həmdə tamaşaçı intellektini zənginləşdirir. Bir sözlə, Az.TV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görməmək sadece mümkün deyil. 

Bir məsələni də qeyd etmək lazımdır ki, R.Məmmədov vəzifəsinin icrasına başladığı gündən QSC-də köklü islahatlara start verərək, kadr islahatları həyata keçirməyə başladı. Bununla yanaşı televizyanın efir proqramlarında yeniliklər edərək, yeni studiayalar istifadəyə verib, peşəkarlarla yanaşı, gənc kadrları kanala dəvər  edərək, canlı verilişlərin, tok-şouların sayı artırdı. Bütün bu dəyşiliklərə baxmayaraq son zamanlar R. Məmmədovun AzTV də apardığı kadr islahatları ölkə mediyasının əsas müzakirə mövzusuna cevrilmişdir. İnternetdə və sosial şəbəkələrdəR.Məmmədovun idarəcilik sahəsində səriştəsiz olduğu bildirilərək, son altı ayda 300-ə qədər peşəkar kadrların işdən azad edərək, özünə yaxın şəxsləri, qohumlarını dövlət teleradiosunda yüksək vəzifələrə gətirməsini yazırlar.

Bu gün internet saytlarında və sosial şəbəkələrdə AzTV baş verən kadr islahatlarının müzakirəsinin əksinə deyiləm. Ancaq bu məsələdə məni təcübləndirən bir məsələ var ki, bir il əvvəl İTV kanalına  Balakişi Qasımovun baş direktor seçiləndən sonar, onun tərəfindən aparılan kadr islahatlarına, televiziyanın yarandığı gündən orada çalışan əməkdaşlardan yüz nəfərə yaxınının bir günün icində küçəyə atılanda, həmin internet saytları harada idi. Yoxsa onlar bunu eşitmədilər ya da xəbıərləri olmadı. Ötən bir il ərzində İTV kollektivin əksəriyyətinin dəyişdirilərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları, jurnalistika sahəsindən uzaq olan  DY-lə əvəz olunmasını bilmədilər. Buna isə inanmaq olmur. Çünki ötən bir il ərzində adi jurnalist həmkarlarımdan tutmuş, Prezident Aparatının səlahiyyətli nümayəndələri, Dövlət Televiziya və Radio Şurası və  Milli Məclisin deputatları ikinci dövlət kanalı olan  İTV-də baş verən dəyşiliklərdən xəbərdar olsalarda, buna acıq şəkildə öz münasibətlərini bildirmədilər. Birdə anlamaq olmur ki, niyə bu gün AzTV-də baş verən dəyşilikləri günün əsas mövzusuna cevirən internet saytları onda susurdular. Yoxsa dövlət tərəfindən tam maliyələşən İTV-də baş verənlər onlar üçün ya da respublika əhalisi üçün elə də maraqlı deyil. Bu da ağla batan deyil. Görünür bunun başqa səbəbləri var. Ona görə də bu gün AzTV-dən yazan həmkarlarımdan xahiş edərəm həmin səbəbləri araşdırsınlar və bundan yazsınlar.    

 

 A.Məmmədli,

"Yeni Sözcu” qəzeti

 

AzTV-də aparılan kadr islahatlarını gündəmə cevirənlər,  İTV-də kadr islahatları aparılanda görəsən niyə susurdular

 


 

 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti