8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Londonda Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib. İclasda Vestminister şəhər məhkəməsi qərarı açıqlayıb.
Haqqin.az İngiltərənin "Daily mail” qəzetinə istinadən xəbər verir ki, məhkəmə Z.Hacıyevanın Azərbaycana ekstradisiya olunmaması barədə qərar çıxarıb. Azərbaycan hökumətini təmsil edən vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib. Hacıyevanın vəkili isə qərarı şərh etməkdən imtina edib.
Qeyd edək ki, kral məhkəməsində 8 noyabr 2018-ci il tarixli məhkəmə iclasından sonra Z. Hacıyeva müəyyən şərtlərlə girov müqabilində sərbəst buraxılıb. Bu şərtlərdən biri də Z. Hacıyevanın şəxsiyyət vəsiqəsi polisdə saxlanılır. Həm də qolunda elektron nəzarət qolbağı, axşam və gecə saatlarında evdən çıxmamaq, hər gün polis bölməsində qeydiyyatdan keçmək məcburiyyətindədir.
Xatırladaq ki, Zamirə Hacıyeva İngiltərədə çirkli pulların yuyulmasına qarşı mübarizə haqqında yeni tətbiq olunan qanuna cəlb edilən ilk əcnəbidir. Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) tərəfindən qanunsuz yolla əldə edilmiş pulların leqallaşdırılmasına qarşı qanun çərçivəsində həbs edilib. Z. Hacıyeva pulların mənimsənilməsində günahlandırılıb, daha sonra o, istintaq təcridxanasında saxlanılıb. Lakin 500 min funt girov müqabilində sərbəst buraxılıb. Hal-hazırda Z. Hacıyeva Londondakı evində yaşayır, şəhərdən çıxması qadağandır və hər gün polisdə qeydiyyatdan keçir.
London Ali Məhkəməsi Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) tələbi ilə Zamirə Hacıyevanın 15 milyon funt sterlinqlik "Knightsbridge” malikanəsini, 11 milyon funt sterlinq dəyərində qolf klubunu, təxminən 50 milyon dollara və zinət əşyalarına başa gələn "Gulfstream” təyyarəsini də ələ keçirib.
Bu ilin iyun ayında Vestminister Magistrat Məhkəməsində Böyük Britaniya Milli Cinayət Agentliyi tərəfindən qanunsuz yolla əldə edilmiş pulların leqallaşdırılmasına dair Zamirə Hacıyevaya qarşı açılan cinayət işinin məhkəməsi başlayıb.
İttiham aktında bildirilir ki, Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Beynəlxalq Bankından 97 milyon ABŞ dolları (76 milyon funt-sterlinq) oğurlamaqla məşğul olan 37 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrupun üzvü olub.