Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO

Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO

 

Gürcüstanın Qardabani rayonunun Qaracalar kənd sakinləri Tbilisidə parlamentin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları 2017-ci ildə kənddə baş verən hadisəyə görə həbs edilən 6 nəfərdən üçünün – Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayevin günahsız olduqlarını bildirib, onların cəzalarının yüngülləşdirilməsini tələb ediblər.

Etirazçılar bildiriblər ki, həmin şəxslərlə bağlı məhkəmə prosesi ədalətsiz keçirilib.

Aksiyaçılar deyiblər ki, işlə bağlı günahkar şəxslər azadlıqdadır və onların günahını sübut edən dəlillər var.

Əllərində "Gürcüstan azərbaycanlıları ancaq seçki vaxtı yada düşürlər!”, "Ədalətli məhkəmə tələb edirik!” şüarları tutan kənd sakinləri məsələ ilə bağlı Gürcüstan Apelyasiya Məhkəməsinə müraciət etdiklərini qeyd ediblər.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş Prokurorluğunun qarşısında da etiraz aksiyası keçirilib. Aksiyanın sonunda Qaracalar kənd sakinlərinin müraciəti Baş Prokurorluğa təqdim olunub. (apa)



Oxşar Xəbərlər

Xəbər lenti