8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir. Ölkə başısının həyata keçirdiyi siyasətin əsas hədəfində təhsil xüsusi yer tutur".
Sozcu.info xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, bu gün ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin doğum günüdür:
"Ölkəmin 21-ci əsrdəki sürətli inkişafı, gənc dövlət status qazanması, əhalinin rifahının yaxşılaşması, dünya imicində nüfuzumuzun artması məhz İlham Əliyevin gördüyü işlərlə əlaqəlidir. Bütün bunlar da ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamıdır. Ona görə də vətəndaşlarımız İlham Əliyevə inanır və ondan böyük ümidlər gözləyir".
Ə.Əhmədov çıxışının sonunda ölkə başçısını təbrik edib:
"Xalqımız xoşbəxtdir ki, onun İlham Əliyev kimi rəhbəri var".