Bəxtiyar Əliyev yenidən deputat olmaq istəyir

Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, buraxılmış Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Həmzə oğlu Əliyev fevralın 9-da keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Redaksiyamıza daxil olan məlumata görə, Bəxtiyar Əliyev dekabrın 24-də imza blankları götürmək üçün ərizə ilə 118 saylı Ağdam Şəhər Dairə Seçki Komissiyasına müraciət edib.

Qeyd edək ki, Bəxtiyar Əliyev Milli Məclisin deputatı 2000-ci ildə seçilib. Son iyyirmi ildə Milli Məclisdə eyni seçki dairəsini təmsil etsə də, onun seçicilərinin problemləri ilə bağlı fəal fəaliyyəti hiss olunmayıb. Buna görə də deputatın seçicilər arasında reytinqinin aşağı olduğu haqqında iddialar var.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}