Şəmkir icra başçısının həbsi gözlənilir

Şəmkir icra başçısının həbsi gözlənilir

 

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu da Ağstafa rayonundakı keçmiş həmkarının taleyi gözləyir.

Sozcu.info un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Alimpaşa Məmmədovun da bəzi şəxslərin adına maaş yazaraq mənimsədiyi iddia olunur.

Məlumata görə, iddia hüquq mühafizə orqanları tərəfindən araşdırılır və yaxın zamanlarda icra başçısı barədə yekun qərar veriləcək.

Qeyd edək ki, əməkdaşımızın bir neçə gün əvvəl Şəmkir rayonuna səfəri zamanı söhbətləşdiyimiz rayon sakinləri də bizə Alimpaşa Məmmədovun korrupsiya əməlləri barədə təkzibolunmaz faktlar təqdim ediblər. Həmin faktlar əsasında yazılarımız dərcə hazırlanır.



Oxşar Xəbərlər

Xəbər lenti