ƏDLLİYYƏ NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU - PA-nın keçmiş şöbə müdirinə vəzifə verildi

ƏDLLİYYƏ NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU

 

Azərbaycanın Ədliyyə nazirinə yeni müavin təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.



Oxşar Xəbərlər

Xəbər lenti