Bankların Mərkəzi Banka borcu yüksəlib – STATİSTİKA

Bankların Mərkəzi Banka borcu yüksəlib – STATİSTİKA

 

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2016-cı il avqust ayının 1-nə 7 milyard 93 milyon manat təşkil edib.

Bu barədə Report AMB-yə istinadən bildirir.

Öhdəliklərin həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 174 milyon manat və ya 2,51% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 milyard 698,6 milyon manat və ya 2,96 dəfə artıb.

İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 milyard 718 milyon manat və ya 31,96% artım göstərib.

Artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir. Məhz iyul ayında manat dollarla müqayisədə 2,5% ucuzlaşıb.


Oxşar Xəbərlər

Xəbər lenti