11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətindən narazıdırlar.
Sozcu.info xəbər verir ki, bu, "İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçıları Qasım Süleymaninin ölümündən sonra ABŞ-ın təhlükəsizliyinə təhdid yarandığı bildiriblər.
Məlumata görə, 56% respondent Trampın fəaliyyətindən narazı olduğunu ifadə edib. Süleymaninin ölümünün ABŞ üçün təhlükəsizlik yaratdığını düşünənlər respondentlərin cəmi 25%-ni təşkil edib.
ABŞ-ın İrana qarşı genişmiqyaslı müharibədə iştirak imkanlarından respondentlərin 32%-i çox narahat olduğunu bildirib. 20% şəxs, ümumiyyətlə, müharibədən narahat olmadığını bəyan edib.