Kerman şəhərində Qasım Süleymaninin dəfni mərasimi başlayıb

Kerman şəhərində Qasım Süleymaninin dəfni mərasimi başlayıb

 

İranda ABŞ tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) "Qüds” qanadının komandiri general Qasım Süleymaninin dəfni mərasimi başlayıb.

Sozcu.info  xəbər verir ki, mərasim Kerman şəhərində İranın ABŞ-ın hərbi bazalarına endirdiyi zərbələr fonunda başlayıb.

"Süleymaninin dəfni onun doğma şəhəri Kermanda keçirilir”, - deyə telekanal "Twitter”də bildirib.

Bu arada generalla vida mərasimində yaranmış izdiham nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. PRESS TV bildirib ki, izdiham nəticəsində daha 213 nəfər xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.



Oxşar Xəbərlər

Xəbər lenti