7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Sozcu.info xəbər verir ki, rayonun Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu yanvarın 17-də ailə üzvlərinin tikin düşməsi barədə polisə məlumat verib.
O bildirib ki, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızı uşaqları - doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxıb və bir daha geri qayıtmayıb.
Ə.İsayevanın qardaşı Həsrət Heydərov Oxu.Az-a bildirib ki, bacısı həyat yoldaşı ilə dalaşaraq evdən gedib.
"Ə.İsayeva üstündə heç bir sənəd götürməyib. Cəmi 60 manat pulla evdən gedib. Biz də bilmirik problemi nədir”, deyə H.Heydərov bildirib.