Cəlilabadda 19 yaşlı gənc itkin düşüb

 

19 yaşlı Cəlilabad rayon sakini Valeh Nəzərli 10 gündən çoxdur ki, itkin düşüb. Bu barədə onun qardaşı Taleh Nəzərli verib.

Bildirilib ki, V.Nəzərli noyabrın 10-da axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb:

"İstədiyi qız var idi, ailəmizin razılığı olmayıb. Təxmin edirik ki, bu səbəblə evdən gedib. Onunla birlikdə qaçdıqlarına inanmırıq. 12 gündür, qardaşımdan xəbər yoxdu. Ailəsi olaraq çox narahatıq.

Evdən çıxan zaman əynində cins şalvar və gödəkçə olub. Polisə müraciət etmişik, araşdırma aparılır”. (Qafqazinfo)


 



Oxşar Xəbərlər

Xəbər lenti