Rüşvətə görə işdən qovulan polis öldü - FOTO

Rüşvətə görə işdən qovulan polis öldü

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.



Sozcu.info xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"un sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb.



"Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.



Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}