Şirin Nexamiya Mixaeli : Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

Şirin Nexamiya Mixaeli

 

Əslən Azərbaycandan olan yəhudilər kimi bizim üçün bu ölkədə baş verən proseslər mühüm əhəmiyyət kəsb edir.


Sozcu.info-nun məlumatına görə, bunu secki-2020.az saytına açıqlamasında "Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və "İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli deyib.

O bildirib ki, Azərbaycan daim güclənən və inkişaf edən ölkədir: "Biz ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək. Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi, hər zaman olduğu kimi, bütün tərəfdaş və dost dövlətlərlə, o cümlədən İsraillə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi çox önəmlidir".

Şirin Nexamiya Mixaeli yeni formalaşacaq parlamentin Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}