Zirəddin Rzayev : “Dəhşətli virusu 3 il öncə “görmüşdüm”

 

"2017-ci ildə Rusiya mediasına müsahibəmdə Avropanın 2018-ci ildə süni virus yaradacağını, 2019-cu ildən Şərqdə yayacağını demişdim. Bundan başqa, bildirmişdim ki, məqsədli şəkildə yaradılan yeni, dəhşətli virus Yer üzünü bürüyəcək, insanlar kütləvi şəkildə maskada gəzmək məcburiyyətində qalacaq”. Bu sözləri Musavat.com-a açıqlamasında Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev deyib.

Onun sözlərinə görə, Avropa virusu özündən uzaqda tətbiq etsə də, xəstəlik qoca qitəyə də gəlib çatacaq:”Şərqdən başlayan virus qısa zamanda Avropaya, Amerikaya da yayılacaq. Koronavirus adlandırılan xəstəliyin müalicəsinin tapılması uzun zaman alacaq. Onun qarşısında dayanmaq hələlik mümkün deyil. Bu, Yer kürəsinin tarixində ən çox yayılan viruslardan olacaq”.

Zirəddin Rzayev onu da bildirir ki, çağdaş dünyada insanların davamlı səfərlər etmələri bu virusun ən çox yayılma səbəblərindəndir:”Hər gün Yer üzündə milyonlarla insan səfərlər edir. Virusun coğrafiyasının genişlənməsinin əsas səbəblərindən biri turizmdir. Xəstəliyin yayıldığı Çin iqtisadi imkanlarına görə də dünyanın ən çox səfər edilən ölkəsidir. Bu, böyük ehtimalla qlobal iqtisadiyyata da təsir edəcək. Çünki virus təhlükəsinə görə bir çox ölkələr Çin mallarından imtina edəcəklər. Çin iqtisadiyyatı kimi, dünya iqtisadiyyatı da bundan əziyyət çəkəcək”.

Onu da vurğulayaq ki, yanvarın 28-dən Rusiya Çinlə qarşılıqlı turist səfərlərinə qadağa qoyub. Bu, Rusiyada olan Çinli turistlərə aid deyil – onlara səfərlərini dayandırıb, ölkələrinə geri dönmək tələbi yoxdur. Rusiya öz turistlərinə Çindən təcili geri gəlməyi tövsiyə edib. Ölkəyə daxil olan bütün şəxslər tibbi müayinədən keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti