Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

 

Dünyanı vahiməyə salan koronavirus 90 min insan arasında yayılıb.

Sozcu.info  xəbər verir ki, bu barədə çinli tibb bacısı sosial şəbəkələrdə paylaşdığı video müraciətdə bildirib.

O, Çin hökumətini virusla bağlı həqiqətləri gizlətməkdə günahlandırıb.

Tibb bacısı bu virusun vəhşi heyvanlardan insanlara yoluxduğunu bildirib. Tibb bacısı insanlara müraciət edərək bildirib ki, özlərini qorumaq üçün küçəyə çıxmasınlar.

Bu video müraciət sosial şəbəkələrdə sürətlə yayılıb və böyük təşvişə səbəb olub.

Qeyd edək ki, alimlər koronavirus "CoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Bu virus necə meydana çıxdı və sürətlə yayılmağa başladı?

Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

Dünya Səhiyyə Təşkilatı da "CoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan "CoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

"CoV”-dan da yeni MERS və SARS qorxunc virusları törəyir. Elm adamları bildirirlər ki, bu viruslara yoluxma insanlarda 90 faiz ehtimalla ölümlə nəticələnə bilər.

Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

İndiyə qədər bu viruslara yoluxanların 35 faizi ölüblər.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

Qeyd edək ki, dünyanı vahiməyə salan virusun Azərbaycanda yayılma riski istisna deyil.

Bu barədə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev BAKU.WS-ə bildirib.

Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

Alimin sözlərinə görə, indiki virus təhlükəli olması ilə fərqlənir.

"Koronavirusların 37-dən artıq növü var. Yeni virus da koronaviruslara daxildir. Həmin virus tibbi gedişə görə ağır hesab olunur.

İnsandan insana yoluxma sıx təmasla keçir.

Azərbaycana gəlib çıxması istisna deyil. Turizm və ticarət ilə əlaqəli yerlərə gedən azərbaycanlılar qayıdarkən həmin virusa yoluxa bilərlər”, - deyə Cəlal İsayev bildirib.

Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

Baş infeksionist çıxış yolu kimi də bəzi tövsiyələrini verib:

"Çinə gedən insanlar özlərini gözləməlidirlər, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmaq lazımdır. Ən azından maska geyinməlidirlər.

Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bu səbəbdən Çindən ölkəmizə gələnləri nəzarətə götürməliyik.

Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı işləyib hazırlayır. Onlar nəzarətə götürülməli, xəstə insanlar izolyasiya olunaraq nəzarət altında saxlanılmalıdırlar.

Azərbaycanda insanlar özlərini qorumalıdırlar. İnsanların sıx olduğu yerdən kənar olsunlar. Xüsusi respirator əlaməti olan insanlardan uzaq olsunlar.

Maskalardan istifadə etsinlər. Termiki işlənmiş qidalardan istifadə etsinlər. Əllərini təmiz saxlasınlar. Onlar dizenfeksiyaya həssasdırlar və tez tələf olan viruslardır.

Xəstələnən kimi həkimə müraciət etsinlər. Çünki bu virusa yoluxan zaman nəzarətsiz buraxıldıqda təhlükəli fəsadlara yol aça bilər”.

Çin dəhşətli virusa yoluxanların sayını gizlədir? - Qorxunc açıqlama dünyanı silkələdi - VİDEO

Cəlal İsayev onu da vurğulayıb ki, koronavirus əslində keçən əsrin axırlarında yayılan xəstəlikdir:
"1965-ci ildə aşkarlanan virusdur.

Əksər növləri insanda yüngül keçən respirator xəstəlikdir. Bunlar əsasən renit və zökəm əlamətləri ilə özünü büruzə verir.

Çox hallarda tez sağalır və problemsiz ötüşür. Bu viruslar xarici təsirə, yüksək temperatura çox davamsızdırlar. İnsanda 37 dərəcə istilikdə 3-4 saata məhv olur.

Bu viruslar ilin soyuq vaxtlarında çox qala bilirlər. Bu səbəbdən də qış aylarında yayılır. Hava, damcı yolu və qida ilə insanlara yoluxur.

Əsasən ev heyvanlarında müşahidə olunur. Heyvanlardan insanlara keçə bilir”.

 


Oxşar Xəbərlər

Xəbər lenti