27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
56 saylı Xaçmaz kənd Seçki Dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Xaçmaz rayonunun kənd və qəsəbələrində seçiciləri ilə geniş fikir mübadiləsi aparan namizəd onları narahat edən müxtəlif mövzuları müzakirə edib. Vətəndaşları düşündürən hər bir məsələnin həll olunması üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edən Z.Hüseynov, seçiciləri bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səsləyib.
Çıxışçılar Z.Hüseynovun 10 il Xaçmaz rayonunda çalışdığı qeyd edib, onun insanların qayğısına qalan, eləcədə ədalətli bir şəxs olduğunu deyiblər. Qeyd olunub ki, Z.Hüseynov bu vaxta qədər xaçmazlıların problemlərinin həll edilməsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində çox böyük işlər görüb.
Görüşlərdə seçicilər belə bir şəxsin millətin vəkili olmağa layiq olduğunu diqqətə çatdırıblar və parlament seçkilərində yekdilliklə ona səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Zeyqəm Hüseynov Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olub. Zeyqəm Hüseynov 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1976-1987-ci illərdə Zəngilan Rayon Məhkəməsinin, 1987-1990-cı illərdə Füzuli Rayon Məhkəməsinin sədri işləyib. 1990-2000-ci illərdə Xaçmaz Rayon Məhkəməsinin sədri, 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin sədri işləyib.
Z.Hüseynov Xaçmaz Rayon Məhkəməsinin sədri işlədiyi dövrdə ictimaiyyətin hörmətini qazanıb və xaçmazlıların sevimlisinə çevrilib. Hər bir rayon sakini onun bu fəaliyyətini təqdir edib, bu sevgi də onu Xaçmaz rayonunun "fəxri vətəndaşı" edib. Məhz xaçmazlıların istəyi ilə deputatlığa namizədliyini irəli sürüb.