8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Klinik Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən xəstələrin heç birində koronovirus aşkarlanmayıb.
Sozcu.info xəbər verir ki, bunu modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
O, xəstələrin karantində saxlanmasına da aydınlıq gətirib:
"Onların hər ikisi Çindən gəldiyi üçün təhlükəsizlik məqsədilə nəzarətdə saxlanılırlar. Xəstənin karantində saxlanılması nədənsə əhali arasında dəhşətli fakt kimi səslənir, amma bundan qorxmaq lazım deyil. Çünki çox şükür ki, ölkəmizdə koronovirusa yoluxma qeydə alınmayıb. Varsa, onu gizlətmək mümkün deyil”.
Baş infeksionistin sözlərinə görə, Klinik Tibbi Mərkəzə yerləşdirilən xəstələrin hər ikisində adi qrip virusa yoluxma qeydə alınıb:
"Sadəcə Çindən gələn hər bir şəxs 2 həftə karantində saxlanılır. Bundan narahat olmaq yersizdir. Koronovirusa yoluxma ya Çinə getməklə, ya da çinli ilə təmasla mümkündür. Kimsə adi qrip olubsa, buna görə narahat olmasınlar. Adi qripə yoluxanların koronovirusa görə müayinədən keçəsinə ehtiyac yoxdur. O insanlar müayinəyə cəlb edilir ki, Çində olmuş olsunlar, yaxud Çindəki koronoviruslu xəstə ilə təmasda olsun. Adi, mövsümü qripə yoluxanların koronovirusa görə müayinə edilməsinə ehtiyac yoxdur.
Bildiyiniz kimi, artıq koronavirus epidemiyasının diaqnostik alətlər dəsti gətirilib. Koronovirusla bağlı müayinələr Respublika Təhlükəli İnfeksiyalarla Mübarizə Mərkəzində həyata keçirilir. Ora da həkim göstərişi olduğu halda müayinəyə cəlb edilir. Elə, "mən qripəm gedim koronovirusu yoxlatdırım” deyə bir şey yoxdur.
Respublikamızda vəziyyət tam nəzarətdədir. Çinə gediş-gəliş dayandırıldığından, nisbətən rahatlıq var. Əhali də narahat olmasın”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, Klinik Tibbi Mərkəzə yerləşdirilənlərdən biri 1996-cı il təvəllüdlü Çin vətəndaşıdır. Həmin şəxs sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.
Digər xəstə isə 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Çində təhsil alır. Şəxs Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.
Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar.