Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Kollecdə pul yığmaq üçün bütün tələbələri imtahandan kəsirlər"
- İTTİHAM
"Semestrlərdə qiymət almaq mümkün deyil. Ancaq kredit hesablayırlar. 83 manat, 85 manat, 50 manat. Yazanların da, yazmayanların da, bütün tələbələrin qiymətini kəsirlər”.
Bu sözləri Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin adının açıqlanmasını istəməyən 2-ci kurs tələbəsi deyib. Onun sözlərinə görə, direktor müavini Şahin Əliyevin göstərişi ilə necə oxumasından asılı olmayaraq, bütün tələbələrdən pul yığılır:
"Bu pul qanuni yolla yığılmır, kollec pullu deyil. Hamımız nəğd ödəyirik, sadəcə bizə üzərində "Kapitalbank” yazılmış qəbz verirlər. Bu qəbzlərdə möhür yoxdu. Hələ də anlamırıq ki, banka məxsus olduğu deyilən bu qəbzləri niyə kollecin mühasibatlığından alırıq”.
Tələbənin sözlərinə görə, nə qədər çox imtahan varsa, pulun miqdarı da o qədər çox olur:
"Məsələn, 7 imtahan varsa, 400 manata qədər pul alırlar, 9 imtahan olanda pulun miqdarı 700 manata qədər artır. Qəsdən hər kəsi kəsirlər ki, kredit yığılsın, təkrar imtahan üçün ödəniş olsun. Əyani şöbənin müdiri Kamilə Həmidova gəlib bir-bir deyir ki, oxuduz, oxumadız, pul verməlisiz, əks halda kəsiləcəksiz. Bir tələbə deyə bilməz ki, pul vermədən qiymət almışam”.
Adının açıqlanmasından çəkinən daha bir 2-ci kurs tələbəsi isə qiyabi təhsil aldığını deyir. Onun sözlərinə görə, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova açıq şəkildə deyib ki, heç kim imtahandan qiymət almayacaq, hamı ödəniş etməlidir:
"Güllübəyim müəllimə deyir ki, göstəriş kollecin direktorundan gəlib. Bu işlərin başında da direktor müavini Şahin Əliyev durur. Bütün pul yığılması məsələsinə o baxır. Təsəvvür edin, qiyabi dərslər başlayanda cəmi 3-4 nəfər gəlir, qalanları pul verib heç kollecə ayaq basmırlar”.
Tələbənin sözlərinə görə, birinci kurs üçün imtahan nəzərdə tutulmasa da, 9 imtahan salıb tələbələrdən pul yığırlar.
Eyni şikayətlə təqaüdçü müəllim İsfəndiyar Əliyev də mətbuata üz tutub. Müəllimin sözlərinə görə, nəvəsi Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birinci kursunda təhsil alır:
"Qış imtahanlarına da yaxşı hazırlaşmışdı. Evdə imtahanda yaxşı yazdığını da dedi. Qiymət alacağına əmin idi. Ancaq nəticələr açıqlananda məlum oldu ki, imtahanların 5-dən kəsilib. Daha sonra isə həmin kəsildiyi imtahanlara görə ondan pul istəyiblər”.
Müəllim deyir ki, bundan sonra məsələni aydınlaşdırmaq üçün nəvəsi ilə birgə kollecə üz tutub:
"Dedim, keçmiş müəlliməm, oradakılar da mənim həmkarlarımdır. Danışar, aydınlaşdıraram. Nə məsələ olduğunu öyrənərəm. Ancaq getdiyimə peşman oldum. Əvvəla 2 saat gözlədim. Sonra içəri girdim ki, 2-3 nəfər xanım müəllimə oturub. Dedim, nəvəmin kəsirlərinə görə gəlmişəm. Ad-soyadını soruşdular. Sonra hesablayıcını çıxarıb, başladılar nəsə yazmağa. Axırda da dedilər ki, sizdə 232 manat edir. Ödəyin, problemi həll edək”.
İsfəndiyar Əliyev deyir ki, o, buna etiraz edəndə isə bunun onların problemi olmadığı cavabını alıb:
"Dedilər, "ağsaqqal, bizə belə deyiblər. Narazısınızsa, direktoru görün” Kor-peşman otaqdan çıxdım”.
İsfəndiyar Əliyev deyir ki, bundan sonra direktorun otağına üz tutub. Fikirləşib ki, bəlkə onunla dil tapar:
"Bu boyda kollecdə bir-birimizi anlayacağımız bir müəllimlə danışacağıma ümid edirdim. Direktorun otağına girib, vəziyyəti izah etdim. Bu zaman həmin adam başladı səsini ucaltmağa. "Sənin nəvən niyə oxumur? Biz burada oturub hamının problemini həll edən deyilik. Nə deyirlər onu da verin, qiymət alsın”, dedi. Bu pulun çox olduğunu deyəndə "yox, ondan az olmaz” – cavabını verdi. Ora getdiyimə peşman oldum”.
İsfəndiyar Əliyev deyir ki, nəvəsinin üzündə yaranan məyusluğa və onun ürəyini qırmamağa görə deyilən pulu əyani şöbədə oturan qadınlara ödəyib:
"Bu zaman içəridə biraz vaxt keçirdim. Otaqda vur-çatlasın alış-veriş gedirdi. Pul alan, vərəq axtaran kim, stolun üstünə yığılan topa-topa pulu dəstələyən kim. Həmin içəridə olduğumuz on beş dəqiqə ərzində biz də içində olmaqla bir neçə nəfərdən təxminən 3000-4000 manata yaxın pul yığdılar. Hətta bir tələbə 500 manat ödədi. Görünür, onun kəsiri daha çox olub”.
Təqaüdçü müəllim deyir ki, çıxanda qapının önündə qələbəlik var imiş. Nə qədər insan içəri girib, kəsirinə görə pul ödəmək üçün növbə göləyirmiş:
"Onlar bura pulunu verib, imtahan vərəqin alıb, cavabları yazmaq üçün yığışmışdılar. Tələbə, valideyn əlindən tərpənmək olmurdu”.
İsfəndiyar Əliyev deyir ki, sonradan bu gördüklərini İsmayıllı kollecində çalışan müəllim həmkarı ilə bölüşüb. Ondan öyrənib ki, ümumiyyətlə, kollecdə təhsil alan birinci kurs tələbələrinə imtahan olmur. "Kollecin etdiyi özbaşınalıq və qanun pozuntusudur”, - dedi:
"Birinci kurslarda böyük summativ qiymətləndirmə olur və fənn müəllimi tərəfindən aparılır. Buna heç kim müdaxilə etmir. İkincisi, bu qərar sırf rüşvət yığmağa xidmət edir və bu, təhsil ocağında bir neçə nəfərin varlanmağına xidmət edir. Bu zaman bir həqiqəti də dərk etdim ki, tələbələrə saxta tərtib etdikləri imtahanlar haqqında yalan məlumat verilir. Bu, kəsri çox göstərmək və daha böyük məbləğdə rüşvət yığmaq üçün fikirləşilib”.
Sonda İsfəndiyar Əliyev təhsil naziri Ceyhun Bayramova müraciət edib:
"Cənab nazir, həyatının 38 ilini təhsilə həsr edən bir qocaman müəllim kimi təhsil ocaqlarını bu cür insanlardan təmizləməyinizi xahiş edirəm. Sizdən rüşvət yığan bu direktoru, şöbədə pul yığan qadın müəllimələrin cəzalandırılmasını rica edirəm”./dia.az/
Oxşar Xəbərlər
Ağdamın kollecin milyonçu direktoruna xidməti maşını kim verib? - Fotolar
İmtahan, yoxsa... - Sumqayıt Dövlət Universitetinin tələbəsi niyə özünə qəsd etdİ?
Bu universitet yeni imtahan modelləri tətbiq edir
Xəbər lenti
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Fuad Çıraqov yüksək vəzifəyə təyin olundu
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF:
"Bir sirrin üstünü açım..."
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
Bu il hansı qrupda ballar aşağı düşəcək?
Evlər niyə çökür? - RƏSMİ
Azərbaycan nefti BAHALAŞDI –
Görün neçəyə oldu
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
20 ballıq cərimə limiti artırılır? -
VİDEO
Əhaliyə XƏBƏRDARLIQ -
Yenə BAŞLANIR!
FHN-dən hava ilə bağlı əhaliyə -
MÜRACİƏT
Bu il hansı qrupda ballar aşağı düşəcək?
Evlər niyə çökür? - RƏSMİ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ