8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İranda koronavirusdan ölənlərin sayı 190 nəfəri ötüb.
Bu barədə respublikanın Səhiyyə Nazirliyinin və Tibbi təhsilin ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Kiyanuş Cahanpur bildirib.
O, qeyd dib ki, ölkədə koronavirusa yoluxanların sayı 6,5 min nəfəri ötüb.
"Dünəndən koronavirusa 743 yeni yoluxma hadisəsi aşkarlanıb. Bununla da virusa yoluxanların ümumi sayı 6 566 nəfərə çatıb”, – deyə Kiyanuş Cahanpur bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, virusdan 194 nəfər ölüb.
Daha əvvəl ölkədə 5 823 nəfərin virusa yoluxduğu, 145 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. /Report