27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Daha sonra isə o, intihar edəcəyi ilə bağlı status yazıb. Lakin onunla virtual dost olanlardan kimsə belə bir cəhd edəcəyinə inanmayıb. Bu gün sabah isə agentliklər bu məzmunda məlumat yayıblar:
"Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan APA-ya bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır. Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb. Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır”. Hesab edirik ki, gənc qız- Aysel Ələkbərzadə digər gənclər kimi bir qurbandır. Onu bu yola sövq edənlər, "feminizm” adı altında gəncləri təşkilatlandırıb, küçələrə çıxardanlar, bu antimilli prosesi təşkil edənlər günahkardırlar. "8 Marş” aksiyasını təşkil edənlər məsuliyyətə alınmalı, onların əlaqələri araşdırılmalı, millətin gənc övladlarını əxlaqsız bir yola, milli dəyərlərə, öz aliə və yaxınlarına qarşı qalxmağa sövq edənlər cinayət məsuliyyətinə alınmalıdırlar. Bu proses heç şübhəsiz, xarici ölkələrdən idarə olunur və belə bir anti-milli hərəkatın donorları da var. Təşkilatçılar bu cür aksiyalara, küçə yürüşlərinə və skandallara görə konkret və ciddi məbləşdə qrantlar alırlar. Mahiyyətcə Azərbaycan xalqının milli, dini və ailə dəyərlərinə qarşı olan yalançı feminizm hərəkatı əslinə Azərbaycan qadınına, gəncliyimizə qarşı da sui-qəsd hadisəsidir. 8 mart tarixli aksiya birmənalı olaraq, əxlaqsızlığı, qadın azadlığı adı altında tərbiyəsizliyi və mənəviyyatsızlığı təbliğ etmək cəhdi idi. Kim bu aksiyanı təşkil edib? Kim bu qızları küçələrə çıxardıb? Kim bi tərbiyəsiz plakatları hazırlayıb onlara verib? Doğrudanmı bunların rəhbərləri olan Xədicə İsmayıl və onun komandası nə etdiklərini, nəyə qol qoyduqlarını başa düşməyiblər? Kim Aysel və onu kimi gənc, həyat təcrübəsi olmayan qızları cəmiyyətin hədəfinə gətirib? Kim buna görə məsuliyyət daşıyacaq? Aksiyanın təşkilatşıları indi məsuliyyətdən və ümummilli qınaqdan yayınmaq üçün Aysel Ələkbərzadədən və məlum şüardan imtina xəttini götürüblər. Lakin bununla ancaq özlərini aldada bilərlər. Onların ölkəyə təqdim etdiyi dəyərlər sistemi məhz budur! Çüni özlərinin həyat tərzi və yaşam fəlsəfəsi də məhz belədir - o şüar yalançı feministlərin, bu cür aksiyaların başında dayananların yaşam prinsipi, əxlaq fəlsəfəsidir. Onlar bu dəyərləri bütün Azərbaycana yaymaq, milli –dini dəyərlərimizi darmadağın etmək istəyirlər.
Buna imkan vermək olmaz. Aysellər yanlış yola düşüb, sonar da özünü öldürməsinlər deyə, bu əxlaqsızlığı ölkəyə, cəmiyyətə təklif edənlər məsuliyyətə alınmalı, onların bu cür fəaliyyəti qanunla qadağan edilməlidir.