8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Keçmiş xidmət rəisinin düşmənləri hərəkətə keçir
Redaksiyamıza daxil olan bir məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun həyat yoldaşı Rəmziyə Qaraşovanın sahib olduğu "Medikal Plaza” tibb müəssisəsi bağlana bilər. Buna səbəb kimi tibb müəssisəsinin "Tibb müəssisələrində sanitaiya-epidemiloji tələblərə dair qaydalar” və "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”ə əməl edilməməsidir. Məlumata görə, "Medikal Plaza” tibb müəssissində Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ədə əksini tapmış bəzi məqamlara əməl olunmur. İlk növbədə "Yaşayış və ictimai binalarda yerləşdirilən tibb müəssisələrinin binanın əsas kanalizasiya sistemindən ayrı olması”, "Tibb müəssisələrinin ərazilərindən və korpuslarında tullantıların yığılması,saxlanması və kənarlaşdırılması”nın Nazirlər Kabinetinin Qərarına uyğun olmamasıdır. Məlumata görə, bununla yanaşı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər”inin müalicə-profilaktika müəssisələrindən hasil olan müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini də normativlərə uyğun deyil. İddialara görə, hazırda Səhiyyə Nazirliyində və eləcədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Medikal Plaza” tibb müəsssisəsinin fəaliyyəti ilə bağlı məsələ müzakirə olunur. Çox guman ki, bir zamanların ən nüfuzlu məmurlarından olan Arif Qaraşovun ailə üzvünə məxsus tibb müəssisəsinin indi bağlanmasına əsas verən məqamlar əslində şəhərin əksər tibb müəssisələrində mövcuddur. Sadəcəə olaraq indi həmin tibb müəssisələrinin demək olar ki, hamısı ayrı-ayrı vəzifə sahiblərinin nəzarətindədir. Buna görə, nə Səhiyyə Nazirliyi, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlarn fəaliyyətinin qüvvədə olan qanunvericilyə və normativlərə uyğun olub-olmadığını araşdıra bilmir. Ancaq Arif Qaraşov artıq çoxdandır ki, vəzifədən kənarlaşdırılıb və hakimiyyət mənsubları ilə əlaqələri demək olar ki, kəsilib. Buna görə də, indi Rəmziyə xanıma məxsus "Medikal Plaza” tibb müəssisəinin fəaliyyətinin qanunvericiliyə uyğun olmadığını araşdırmaq çox asan məsələyə çevrilib. Bu barədə bizi bilgiləndirən mənbə bildirir ki, bu məslədə Arif Qaraşovun əleyhidarlarının da rol oynadığı istisna deyil. Arif Qaraşovun özünə gəlincə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisinin Almaniyada olduğu iddia olunur. İddiaya görə, Arif Qaraşov uzun müddətdir ki Avropada yaşayır. Onun Bakıda ailə üzvülərindən fərqli ayrı ünvanda qeydiyyatda olmasının xüsusi mənası olmadığını qeyd edən mənbə bildirir ki, vəzifə sahiblərinin bir neçə evi və mənzili olduğundan hər bir ailə üzvünün birinin adına bir mülk rəsmiləşdirilir. O ki, qaldı "Medikal Plaza” tibb müəssisəsinə, bu səhiyyə ocağının sahibi və idarəçisi Rəmziyə xanım özüdür və Arif Qaraşovanın bu obyektdə elə də marağı yoxdur. Bunu "Medikal Plaza”nın Arif Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyindən azad edilməsindən sonra yaranması da təsdiqləyir. Ancaq indi kimsə bu məqamları xatlırlamaq istəmir. Mövzu ilə bağlı adı çəkilən şəxslərin də mövqeyini öyrənməyə cəhd edəcəyik.
Sozcu.info