200-dən çox tibb işçisi imtahandan kəsildi

200-dən çox tibb işçisi imtahandan kəsildi
246 nəfər tibb işçisi Səhiyyə Nazirliyinin sertifikasiya imtahanından kəsilib.

Nazirlikdən verilən məlumata görə, yanvar-sentyabr ayları ərzində Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 8840 nəfərə “Buraxılış vərəqəsi” verilib. Onlardan 7.513 nəfər imtahanlardan uğurla keçib. 1-ci cəhddən imtahanlarda 246 nəfər keçə bilməyib.

İmtahanlarda iştirak edənlərin 3.209 nəfəri 90 baldan çox, 3.282 nəfəri 75-90 arası, 1022 nəfəri 60-75 arası bal toplayıb.

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün daha 3100 nəfərə yaxın namizəd artıq qeydə alınıb.


Oxşar Xəbərlər

Xəbər lenti