Kamran Əliyev “kəndlərə aid deyil” dedi, Ehsan Zahidov təkzib etdi

Kamran Əliyev “kəndlərə aid deyil” dedi, Ehsan Zahidov təkzib etdi

 

Dünən Operativ Qərargahın brifinqində sərt karantin rejiminin Lənkəranın kəndlərinə aid edilməyəcəyinin elan olunmasından sonra məsələ müzakirələrə səbəb olub. Lakin bu gün məsələyə aydınlıq gətirilib və bunun yanlış anlaşılma olduğu bildirilib. 

Dünənki brifinqdə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, Lənkəran rayon olsa da, orada sərt karantin rejimi sadəcə şəhərin özündə tətbiq olunacaq: "Rayonun digər kəndlərində bu, nəzərdə tutulmayıb. Bu həftə əlavə edilmiş Salyan, Yevlax, İsmayıllı, Kürdəmir rayonunun bütün ərazilərində sərt karantin rejimi tətbiq olunacaq”.

Bu açıqlamadan sonra sosial şəbəkələrdə qaydaların dəqiqləşdirilməsi üçün müzakirələr aparılıb və vətəndaşlardan müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərtləşdirilmiş karantin rejimi Lənkəranın bütün kəndlərinə aid ediləcək:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Lənkəranın şəhər və kəndlərində 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək küçəyə çıxmaq qadağan olunub. Bu qərar bütün rayon ərazisində qüvvədədir. Lənkəranın kəndlərində də bütün iş, xidmət sahələri fəaliyyətini dayandıracaq, market, kafe və digər bütün iaşə obyektləri də işləməyəcək”.



Oxşar Xəbərlər

Xəbər lenti