Ehsan Zahidov: "Məntəqələri tərk etməlidirlər"

 Ehsan Zahidov: "Məntəqələri tərk etməlidirlər""Azərbaycanda seçki günü bütün seçicilərin, beynəlxalq və yerli müşahidəçilərin təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb. Onların təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq".

Trend-in məlumatına görə, bunu Secki-2015.az saytına Daxili İşlər Nazirliyinin (DİN) təmsilçisi, polis polkovniki Ehsan Zahidov deyib.

DİN rəsmisi bildirib ki, polislər seçki günü məntəqələrə yalnız xüsusi formada daxil ola bilərlər: "İctimai asayişə nəzarət etdikdən sonra məntəqələri tərk etməlidirlər".

E.Zahidovun sözlərinə görə, daxili işlər orqanlarının əsas vəzifəsi ictimai asayişa nəzarət etmək, seçicilərə qarşı təzyiq olduğu halda bunun qarşısını almaq və qanundankənar addımlara yol verməməkdən ibarətdir. Polis əməkdaşları həmçinin seçki bülletenlərinin məntəqələrə (seçki prosesindən əvvəl və sonra), eləcə də Mərkəzi Seçki Komissiyasına daşınmasının təhlükəsizliyini təmin edəcəklər: "Daxili İşlər Nazirliyi Azərbaycanda seçki günü təhlükəsizliyin və stabilliyin qarantı olacaq".


Oxşar Xəbərlər

Xəbər lenti