"Ermənistan bu gün də dünyanın gözü qarşısında günahsız mülki şəxsləri hədəf alır" - Türkiyə Müdafiə Nazirliyi

“Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırımı törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız mülki şəxsləri hədəf alır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.
“Ermənistan 30 il əvvəl olduğu kimi bu gün də eyni şəkildə sülh və sabitliyin düşməni olaraq hərəkət edir”, - deyə qeyd olunub.


Oxşar Xəbərlər

Xəbər lenti