Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ermənistan niyə Gəncəni vurmaq istəyir?
– ŞƏRH
Ermənistan Silahlı Qüvvələrinin bu gün təxminən saat 01:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket düşmənin bir daha çirkin niyyətini ortaya qoymuş oldu.
Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləridir. Lakin Paşinyan və Qarabağın separatçı quldur rejimin rəhbərliyi hələ də dərk edə bilmir ki, Azərbaycanın yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin hər dəfə raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmir, əksinə, onu daha da yüksəldir.
İndi gələk həmin gecəyə. Düşmənin əsl məqsədi nədir? Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibəsi Şuşan Stepanyan bu gün Gəncədəki hədəflərinin nə olduğunu açıqlayıb:
1. Gəncə hava limanı (O, iddia edir ki, bu ilin avqustundan etibarən Türkiyənin F-16 qırıcıları burada təlim keçib və guya orada qalıb);
2. S-125 Hava Hücumundan Müdafiə Qoşunu;
3. Müharibə Sənayesi Nazirliyinə tabe olan hərbi sənaye kompleksi;
4. Daxili Qoşunlar.
İndi düşmənin vurduğu hədəflərə baxaq. Onların Gəncədə hansısa hərbi nöqtəni vurduğunu görmüsünüz? Yox. Hətta ilk dəfə Gəncəyə raket atdıqlarında saxta informasiya yaymış, özlərinə haqq qazandırmaq üçün hərbi aerodromu (onların hərbi məqsədlərlə istifadə etdiyimizi bildirdikləri hava limanını nəzərdə tuturlar – S.M.) vurduqlarını bildirmişdilər.
Lakin düşmənin hədəfi nə olub? Yalnız və yalnız mülki vətəndaşlarımız və mülki obyektlər. İndiyədək Gəncədəki raket atışmalarından hansısa hərbçimiz və ya hərbi obyektimiz zərər görməyib. Burdan belə başa düşmək olar ki, ya düşmən hərbi hədəfləri vurmaq baxımından çox qeyri-peşəkar orduya malikdir və bu baxımdan Azərbaycanın şanlı ordusu ilə müqayisə belə edilə bilməz. Və ya düşmən yuxarıda qeyd etdiyimiz kimi, gücünü mülki əhaliyə göstərməklə ölkə daxilində çaxnaşma salmaq niyyəti güdür.
Bu gün əminliklə demək olar ki, Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Tarixən Gəncə sakinləri yağı düşmənə qarşı necə qorxmaz olubsa, bu gün də elədir. Onların hər dəfə “düşmən bizi qorxuda bilməz, öz tarixi, ata-baba evlərimizi bir raket atışına görə əsla qoyub qaçmarıq” tipli açıqlaması hər şeyi bu baxımdan sübut edir.
Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir.
Burda vurğulanmalı bir məqam da odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozur. Beynəlxalq ictimaiyyət bütün bunları görməzdən gəlməməli, mülki əhaliyə qarşı həyata keçirən terakt tək sözdə qınanmamalı, həmçinin Ermənistana müvafiq sanksiyalar tətbiq olunmalıdır. Əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq.
Əslində Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə hazırda layiqli cavabını alır da. Elə oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb. Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olunub. Heç bir ay keçməmiş Azərbaycanın rəşadətli ordusunun əks-hücumları nəticəsində iki rayon, iki böyük qəsəbəni itirən düşmən başını itirib, nizamsız şəkildə bütün imkanlarından yararlanmağa çalışır. Lakin anlamaq lazımdır ki, indi Azərbaycanın 90-cı illərdən fərqli, nizamlı ordusu var və heç bir əlavə qüvvə olmadan öz işğal edilmiş torpaqlarını geri qaytarmaq əzmindədir. \\Oxu.az
Oxşar Xəbərlər
Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatdı
Ermənistanın Gəncə terroru İsraildəki Azərbaycan diasporunun səbrini daşırdı
Ermənistan yeni hərbi cinayətlərə hazırlaşır?
Nikolun "selfi"lədiyi raket kompleksi məhv edildi
Xəbər lenti
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq