Əlifba avantürasının qurbanı ancaq türk xalqları oldu

 

Mason-sionist təşkilatlarının XX əsrin əvvəllərində cidd-cəhdlə planlaşdırıb, sonra da böyük ustalıqla həyata keçirdikləri əlifba avantürasından danışmaq istəyirəm. İndi bəziləri deyəcək ki, əşşi, olan-olub, keçən-keçib, köhnə palan içi açmaq nəyə lazım? Lazım­dır, mən istərdim ki, gənc nəsil sələflərinin necə tələyə salındığını, ibrət dərsi almamağın necə böyük fəlakət olduğunu bilsin, nəticə çıxarsın. Bəzi yerlərdə cüzi də olsa təkrarçılığa yol verəcəyəm ki, məramımı daha çox açıqlayım. İstərdim ki, bəzi əsrarlı mətləblər­lə tanış olandan sonra oxucularım öz-özlərinə sual versinlər, biz nə vaxta qədər üzərində daima eksperimentlər aparılan ada dovşanı rolunu oynayacağıq?

... Birinci dəfə min iki yüz il (islam dinini qəbul etdiyimiz ta­rix) ərzində qazandığımız mənə­vi sərvəti-samanı, ikinci dəfə isə yetmiş il ərzində yığdığımız sər­mayəni fələyin badına verdik. Əlifba avantürasından məharətlə bəhrələnən beynəlxalq sionizm Polad Bülbüloğlu kimi nakəslə­rin əlləri ilə neçə qərinə ərzində ölüm-zülümlə yaradılmış kitab palatasını, daha sonra bütün kitabxana şəbəkəsini məhv etdi. Mən hələ muzeylərin talan edil­məsindən danışmıram! Məni yandırıb-yaxan odur ki, əlifba avantürası ilə millətin üçüncü də­fə belini qıranlar özlərini elə apa­rırlar ki, elə bil Ermənistanı xəri­tədən siliblər.

Yeri gəlmişkən, onu da deyim ki, əlifba erməni xalqının qürur mənbəyidir, onunla fəxr edir, milli istiqlaliyyətinin rəmzi sayır. Yapon iki yüzdən çox heroqlifı, neçə min də işarəni (!!) özündə cəmləndirmiş əlifba­sını dəyişmədi! Mən hələ nə­həng Çindən, Hindistandan, cənubi-şərqi Asiya ölkələrindən danışmıram. Beynəlxalq sionizm mənhus oyunu ancaq və ancaq türk xalqlarının başına aça bildi. Erməni, gürcü əlifbasına da toxunan ol­madı... İsrail də əlifbasını hifz elədi...

"Bu əlifba bizimdir!”, "Tür­kün doğma xəttidir!”, "Bütün türk xalqlarına əziz və doğma əlifbadır!” deyən titullu, titulsuz nadanlar hələ indiyə qədər qan­mayıblar ki, onlar vaxtilə SSRİ- də qısa müddətdə hakimiyyəti tamamilə ələ keçirmiş sionistlərin bütün niyyətlərini həyata ke­çiriblər. Bəzi başabəla, heyvərə "türkoloqlar” ortada at oynatma­saydılar, mən yəqin ki, susardım. Amma dərd burasındadır ki, və­tənimiz bu dəfə də növbəti təxri­bata çəkilib. Son hadisələr də sü­but etdilər ki, biz hələ düşmənlərimizi əməlli-başlı da tanımamı­şıq. Hər dəfə bir dəstə lotu peyda olub xalqın başına noxta salaraq istədiyi səmtə aparıb və hamı da buna əl çalıb, camaatı xabi-qəflətdən ayıltmaq istəyənləri də daş-qalaq ediblər. Bundan əvvəl­ki yazımda 1917-1920-ci illərdə buraxılmış əskinaslarınüzərində svastika və "Moqen-Dovid”in, yəni altıguşəli Davud ulduzunun verilməsindən danışmışdıq. Sonralar faşistlərin sevimli emblemi­nə dönmüş svastika,  sionistlərin nişanı vaxtilə bir yerdə idilər, təsvirləri qoşa çəkilirdi! Təəccübləndiniz? İndi deyəcəksiniz ki, əlifbanın buna nə dəxli var? Dəxli var, özü də özgə cürə! Hələlik isə çoxuna bəlli olmayan əmmalardan bəhs edək. 1917-ci ildə bolşevik partiyasının Mərkəzi Komitəsinin 12 üzvündən doqquzu yəhudi, üçü rus idi. Oktyabr çevrilişində bol­şeviklərə kömək göstərmiş mil­lətçi yəhudi təşkilatı "Poaley-Si-on”dan, rəhbərliyi tamam yəhu­dilərdən ibarət olan sağ və sol eser partiyalarından, güclü anar­xist qurumlarından danışmayaca­ğam. Mərkəzi İcraiyyə Komitə­sinin 61 üzvündən 43-ü yəhudi, 6-sı rus, 2-si erməni, 6-sı latış, bi­ri alman, biri çex, biri gürcü, biri də ukraynalı idi. 1936-cı ildə isə hökumətdə doqquz xalq komis­sarı (yəni, nazir) və 12 birinci müavin tərtəmiz yəhudi milləti­nin nümayəndələri olmuşlar. 1937-ci ildə SSRİ-ni Millətlər Liqasında təmsil edən səkkiz nə­fərlik nümayəndə heyətinin yed­di üzvü tər-təmiz yəhudi idi. Za­man-zaman müdhiş ÇK-da, QPU-da, OQPU-da, NKVD-də rəhbər vəzifələri tutmuş saysız- hesabsız sionistlərdən danışmı­şam. Sionist bankirlərin, mason maqnatlarının pulları ilə Rusiya­da iğtişaşlar törədib misilsiz ter­rorla hakimiyyətə gələn bolşevik-sionist bandası təkcə türk-islam dünyasına yox, rus xalqının özü­nə qənim kəsildi. 1917-ci ilin fevral hadisələrindən sonra ABŞ-da yağ-bal içində yaşayan Trotski və onun yəhudi dostları­nın çıxışlarını bizim indiki amerikanpərəst satqınların dedikləri ilə tutuşduranda adamın başında tüklər qabarır. Eyni sözlər, eyni vədlər, eyni metodlar! Onda da sionist köpəkləri demokratiya­dan, insan hüquqlarından, azad seçkilərdən dəm vururdular.indi də. Çox keçmədi ki, ABŞ-dan Rusiyaya qayıtmış sionist cəllad­lar Sankt-Peterburq şəhərinin kanallarını, Nevanı günahsız insan­ların cəsədləri ilə doldurdular. Tək bir gecədə on min şəcərəli zadəgan, alim, ictimai xadim, zi­yalı, vətənpərvər zabit güllələn­mişdi.

Yəhudi Y.Sverdlovun imza­ladığı maniakal dekretlər əsasın­da Don hövzəsində yüz minlərlə kazak ailəsi güllələndi. Anası yə­hudi olan Lenin Şərqə, türk-is­lam dünyasına, hətta pravoslav ruslara nifrətini heç bir vaxt giz­lətmirdi.

"Ruslar axmaqdırlar, içərilərindən bir ağıllı çıxsa, görəcəksiniz ki, o da yəhudidir”, "Ziyalılar nəcasatdır!” – Leninin belə "müdrik” kəlamlarının sayı-hesabı yoxdur.

Sovet hakimiyyəti illərində bu manyakın tükürpədən dəhşət­li əmrlərini, dekretlərini, göstə­rişlərini üzə çıxarmırdılar. Uta­nırdılar! Bütün sənədlərdə dər- kənar kimi ancaq iki sözə rast gə­linirdi: "Güllələmək!”, "Rəhmin yeri deyil, məhv edin!”. Rusiya­da bütün hakimiyyəti qamarlamış sionistlər kiril əlifbasının latın əlifbası ilə əvəz olunması məsə­ləsini 1922-ci ildə qaldırmışdılar. Keçmiş imperiyanın xaçpərəst təbəələrindən başqa qalanlar an­caq belə adlarla tanınırdılar: "Ta­tarı”, "basurmanı”, "tuzemsı”, "sartı”. Nə Trotski, nə də onun fırqə yoldaşları özbək, azərbay­canlı, türkmən adlı xalqları tanı­mırdılar. Bir dekretlə nəhəng bir millətin minillik mədəniyyətinin üstündən xətt çəkilir, xalq daş əsrinə atılırdı. Maarif Komissar­lığının yəhudi rəhbərləri müva­fiq sənədləri hazırlayıb Leninin stolunun üzərinə qoymuşdular. On minlərlə ziyalı güllələnsə də Korolenko, Qorki, Pavlov, Timiryazev, Repin kimi şəxslər, say­sız-hesabsız universitet və gim­naziya müəllimləri, böyük alim ordusu yəhudi ÇEKA-sının qar­şısında əyilmədilər. Pravoslav kilsəsinin yüzlərlə görkəmli xa­dimi məhv edildisə, dindarlar sınmadılar. Leninin xəstələnmə­si, ölkə daxilində narazılıq dalğa­sının qalxınası siyasi avantürist­ləri məcbur edir ki, zərbənin isti­qamətini dəyişdirsinlər. 1927-ci ildə yeni əlifbanın Ümumittifaq Mərkəzi Komitəsi yaradılır. Əsl soyadı Qubelman olan Y.Yaroslavskinin bolşevik inkivizitorlar ölkənin müsəlman əhalisinin qədim mədəniyyətini kökündən məhv etməyə başlayırlar. Nə­həng kitabxanalar yandırılır, Qı­zıl Ordanın qədim mədəniyyət abidələri yerlə-yeksan edilir, Ufadan, Orenburqdan başlamış ta Baxçasaraya qədər uzanan nə­həng ərazidə əsrlər boyu tikilmiş məscidlər, türbələr, mədrəsələr, kitabxanalar yandırılır,  talan olunub uçurdulur. Mən hə­lə oğurlanıb xaricə daşınmış asari-ətiqədən danışmıram. İndiyə qədər çap etdirdiyim məqalələrimdə Azərbaycana tutulan divan barədə ətraflı söhbət açmışam. Bircə onu təkrarlamaq istərdim ki, Allahsızlar Cəmiyyəti qədim Lahıcda o qədər kitab yandırmış­dı ki, Girdiman kimi dağ çayı kü­lü, qarsamış vərəqləri, tumac cildləri düz bir il vadidən yuyub apara bilməmişdi. Azərbaycanın xalq rəssamı M.Vlasovıın şəha­dətinə görə Şirvanşahlar sarayı­nın həyətində isə başqa kitablar­la yanaşı böyük Nizaminin əlyaz­maları da odlara atılmışdı!!

OQPU-nu və bir neçə mühüm komissarlığı, bütün mətbuat or­qanlarını əllərində saxlaya bilmiş sionistlər məqamın çatdığını zənn edərək rus xalqını da bu eksperimentə çəkməyə səy gös­tərdilər. Amma rus xalqını cani- dildən sevən, dövlətin əvvəlki qüdrətini dirçəltmək istəyən Sta­lin zərbəni vaxtında endirə bildi. Bundan əvvəlki məqaləmdə gös­tərdiyim kimi birinci olaraq NKVD-nin yəhudi rəhbərlərinin bir qismi Henrix Yaqoda başda olmaqla güllələndilər. Yerdə qa­lan sionist "çekistlər” Yejov ko­missar təyin ediləndə aradan gö­türüldülər.

Xalq Maarifi Komissarlığında uzun müddət Leninin həyat yol­daşı N.K.Krupskayanın himayəsi altında təxribatla məşğul olmuş sionist funksionerlər, M.S.Epşteyn, M.A.Aleksinki, A.P.Pinkeviç, S.M.Kameneva, M.M.Pistrak, S.A.Qaysinoviç və başqala­rı da layiq olduqları cəzanı aldı­lar. Latınlaşdırma kampaniyasını silah gücünə həyata keçirən xalq komissarı, milliyyətcə yəhudi olan A.S.Bubnov ilim-ilim itiril­di. Rus mədəniyyəti, rus tarixi müdhiş fəlakətdən xilas oldusa, dövlətin müsəlman əhalisi isə mənəvi cəhətdən elə günə düşdü ki, onu təsvir etməkdə qələm acizdir. Azərbaycanda adi cama­at bir yana qalsın, elmi dərəcə sa­hibləri nəinki orta əsr dahiləri­nin, hətta XX əsrin əvvəlində ya­şayıb-yaratmış Sabirin, Abbas Səhhətin əsərlərini belə orijinal­da oxuya bilmədilər. Nəsillər arasında uçurumu belə yaratdı­lar...

Stalin artıq geniş kütlə tərə­findən qəbul edilmiş bəzi mason-sionist rəmzlərini məhv etmədi, vaxt yox idi, başı daha vacib işlə­rə qarışmışdı. Dünya sionizminin səlahiyyətli emissarı Trotski düz yeddi il Sovet dövlətinin şəriksiz diktatoru oldu və əlindən gələni beş qaba çəkdi. ABŞ masonlarının pentoqramma ulduzları ağ rəngdə idisə, Avropa mason-sio­nist lojası bolşeviklərə qara və mavi rəngli ulduzdan istifadə et­məyi məsləhət gördü. Sovet əs­gərlərinin Böyük Vətən mühari­bəsinə qədər geydikləri məşhur "budyonovka”da ulduz qara rəngdə idi. Komanda heyətinin geydiyi furajkaların üzərinə qır­mızı minalı ulduzun vurulması isə 1920-ci ildən başladı.

Mustafa Kamal Atatürkün əlifba və başqa islahatlarından danışmaq belə istəmirəm. Ancaq onu demək istəyirəm ki, mason- sionist mərkəzləri Türkiyəni "gənc türklərin” köməyi ilə bəla girdabına çəkənə qədər Osmanlı imperiyasının ərazisi ölçüyə sı­ğışmırdı!! Məhz mason-sionist lojasına lakey kimi qulluq edən "gənc türklərin”, "ittihadçı zabit­lərin” səyi ilə sənayesi, kənd təsərrüfatı, təhsil sistemi bərbad günə düşmüş Türkiyə cahan mü­haribəsinə sürükləndi və dəhşət­li məğlubiyyətə düçar oldu. Stra­teji əhəmiyyət kəsb edən Darda­nel, Bosfor boğazları və digər başqa amillər üstündə aparıcı fa­teh dövlətlər didişməsəydilər, Türkiyə birdəfəlik xəritədən sili­nəcəkdi. Vaxtilə dünyanı məhvərindən oynada bilən millət Anadolu yamadasına sığındığı günü indi bayram edir. Yəni, nə yaxşı ki, salamat qalmışıq, bizə Avropanın bir qarışlıq torpağında və Anadoluda yaşamaq imkanı veriblər. Latın əlifbası isə yetmış il ərzində zavallı türk kəndlisini nə fransız, nə də flamand kəndli­sinin səviyyəsinə qaldırmadı ki, qaldırmadı. Kimin hansı əlifba vasitəsilə bəxtəvər olmasını mü­zakirə etmək fikrindən uzağam. Sadəcə olaraq tarixə qısa ekskurs etməklə mən bəzi ayran vətən­pərvərlərinə əlifba avantürasının Svastika, Davud ulduzu, masonlan, İblisə sitayiş edənlərin se­vimli rəmzi olan beşguşəli ulduz­la üzvi bağlılığını göstərmək is­tədim. Nəhayət, qısa bir arayış, XX əsrdə ABŞ-m ancaq üç prezidenti - Eyzenhauer, Nikson və Kennedi-mason deyildilər. Mü­haribə qəhrəmanı Duayt Eyzenhaurə dəyib toxunmadılar, onsuz da bu generalın'etdikləri masonların ürəyincə idi. Amma Niksonla Kennedinin aqibətləri pis oldu. İpə-sapa yatmadıqlarına görə, biri üçün "Uoterqeyt qal­maqalı” təşkil edib hörmətdən saldılar, birini də öldürdülər. Hə­ləlik bu qədər...

Firuz Haşımov



Oxşar Xəbərlər

Xəbər lenti