Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
Şəhidin atası vəfat etdi -
FOTO
Əvvəlki
Sonrakı
İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım -
VİDEO
8-11-2024, 10:40
Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv edilib
5-11-2024, 21:00
Hizbullahın yeni lideri ilk müraciətini yaydı
- Mübarizə sözü verdi
30-10-2024, 18:46
"Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir"
- Ərdoğan
25-10-2024, 19:08
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
24-10-2024, 21:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Gömrükdə hansı islahatlar olacaq? - Aydın Əliyev danışdı (Müsahibə)
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS-ə, MirŞahin Ağayevə müsahibə verib. O, vətəndaşları maraqlandıran bir sıra mövzulara toxunub.
Mia.az müsahibəni təqdim edir:
- Prezident son müşavirədə dedi ki, Gömrük Orqanlarının dövlət büdcəsinə daha çox vəsait toplanmaq üçün imkanları var. Bu imkanlar hansılardır və bunlardan necə istifadə edirsiz?
- Qeyd etmək istərdim ki, öklə başçısının yanında Nazirlər Kabinetinin 9 ayına həsr olunmuş müşavirədə tamamilə düzgün bir fikir səsləndi: Azərbaycanda artıq uzun illərdir ki, büdcə Gömrük Orqanlarının idxalı sayəsində dolur. Burada əsas məsələ idxal olunan malların gömrük rəsmləşdirilməsi zamanı qiymətləndirmə məsələsinin düzgün tətbiqidir. Saxlanışda olan malların gömrük rəsmləşdirilməsinə cəlb olumasıdır. Həmçinin qaçaqmalçılıqla mübarizə sayəsində... Bilirik ki, əsas vəzifəmizdən biri də qaçaqmalçılıqla mübarizədir. Bu ilin 9 ayı ərzində gömrüyün vergitutma bazası idxal malları hesabına həyata keçirilir. İdxal olunan malların 50 faizindən çoxu qanunvericilikdə nəzərədə tutulmuş gömrük sahəsində güzəştlərə cəlb olunan mallar olub. Bəzi sahibkarların imtiyazlardan düzgün istifadə etməməsi isə müəyyən problemlər yaradır. İdxal olunan mallar ötən il səviyyəsində olsa da, ümumilikdə vergitutma halları azalıb. Yüngül minik maşınları 2 dəfədən çox, tütün məmulatları küllü miqdarda, sipirtli içki 15,4 milyon manat, şəkər və qənnadı məhsulları 60 milyondan çox, 155 milyondan çox neft məhsullarında verigitutma halları azalıb.
- Bu müşavirədə dövlət başçısı çox ciddi bir ittiham səsləndirdi. Əslində buna qədər də bu səviyyədə söhbətlər gedirdi. İctimaiyyətdə, KİV-də və ANS-də... Elə ANS-in efirində biz neçə dəfə bu mövzunu qaldırmışdıq ki, inhisarçılıq var. Dövlət başçısı isə bunu sərt bir şəkildə ortaya qoydu. Dövlət Gömrük Komitəsi buna niyə imkan verir? Və ya Dövlət Gömrük Komitəsi bunun qarşısını niyə almır?
- Bilirsiz ki, inhisarçılıq məsələləri idxalda da mövcuddur. Daxili bazar formalaşanda bu kimi amillər mütləq nəzərə alınmalıdır. Buna səbəb iri şirkətlərin daxili bazarda idxal zamanı yaratdığı hegemonluqdur. Məsələn, reklam malların idxalında böyük rol oynayır. Dünyanın bir çox yerlərində başqa sərinləşdirici içkilər istehsal olunsa da, hazırda "Coco-cola” və "Pepsi” əsas inhisarçılardan birisidir. İnhisarçılığa səbəb maarifləndirmənin aparılmaması da ola bilər. Burada bizim də səhvimiz var. Bu, nəzərə alınaraq iş adamlarının arasında bu məsləyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə, bəziləri anlamır ki, artıq bazarda bir sıra dünyada tanınmış istehsalçıların malları satılaraq nümayəndəlik şəklində bura gətirilir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır.
- Ölkəyə mobil telefonların idxalına nəzarət gücləndirilib. Xüsusilə də, iPhone avadanlıqlarına. Sosial şəbəkələrdə hətta belə bir zarafat da yayılmağa başlayıb ki, öz iPhonu-nu xaricdən ölkəyə gətirirsənsə, artıq bunu etməyə qorxursan. Çünki sənin iPhone-nun sənin əlindən alınmaq təhlükəsi var. Burda bir balaca zarafat var. Amma deyirlər ki, "ölüm olsun o zarafata ki, onun içində 5 faiz həqiqət yoxdur”. Bu tipli zarafatlara münasibətiniz necədir? Zarafatla yanaşırsız, yoxsa ciddi?
- Bilirsiz, bu əsl mənada zarafatdır. Məsələlərdən biri də qanunvericilikdə fiziki şəxslərə verilən güzəştlərdən düzgün istifadə etməməkdir. Mən sadəcə olaraq bir neçə mobil telefonları ilə bağlı rəqəmləri səsləndirim. Keçən il yanvarın 1-dən ölkəyə gətirilən bütün mobil telefonlar Rabitə və Texnologiyalar Nazirliyində qeydə alındı. Ölkəyə idxal olunmuş şirkətlər tərəfindən rəsmiləşdirilmiş telefonların sayı 100 mindən artıq olub. Fərdi qaydada isə vətəndaşlar tərəfindən idxal olunan rəsmləşdirilmiş telefonların sayı isə 1 milyon 515 mindir. Biz gömrük xidmətində vergitutmaya nəzarəti gücləndirməliyik və artıq rəqəmlərin təhlilinə başlamışıq. Mən bu yaxınlarda telefonu dükandan 800 AZN -ə aldım. Amma təhlil aparanda məlum oldu ki, bu telefon Dubaydan gətirilərsə və gömrükdə vergi ödəyib, ölkəyə daxil etsə belə, bunun satış qiyməti 800 AZN ola bilməz.
- Bəlkə vətəndaşın qanunun ona verdiyi imkandan yararlana bilmədiyini rəsmiləşdirək ki, səhəri gün vətəndaş da küsməsin, inciməsin?
- Bir şeyi qeyd edək ki, məsələn, mobil telefonlar bazarında hazırda heç bir problem yoxdur. Sadəcə olaraq bəzi mobil telefon satıcıları bunu bir çıxış yolu kimi tapıblar ki, vergi və rüsumlara cəlb olunmasın.
- Özlərinə telefon gətirirlər?
- Özlərinə deyəndə, yəni satış üçün telefon gətirirlər. Hazırda problem tütün məmulatlarının idxalı ilə bağlıdır. Çünki qanunvericilikdə hər bir fiziki şəxs özü ilə 3 litr spirtli içki və 600 ədəd (3 blok) siqareti rüsumsuz gətirə bilər. Əsas bu problem Gürcüstan sərhəddində yaşanır. Bizim sərhəd kəndlərdə yaşayanlar viza tələb olunmadığı üçün gündə bir neçə dəfə Gürcüstana gedərək, siqaret alırlar.
- Gəlin, Gürcüstan sərhəddində bir az dayanaq. Mən öz başıma gələn bir əhvalatı danışmaq istəyirəm. Gürcüstana gedən adam qısa bir vaxt ərzində ora keçə bilir. Amma Azərbaycana gələn adam iki-üç saat vaxt itirir. Bu, nə ilə bağlıdır?
- Çünki Gürcüstanda məsələ elə qoyulub. Məsələn, Azərbaycandan Gürcüstana heç nə aparılmır. Azərbyacana gələrkən isə vergi rüsumlarından qaçmaq şərti ilə küllü miqdarada mobil telefonlar, spirtli içkilər, tütün məmulatı və s. gətirilir. Ən böyük problem isə ərzaq məhsullarının Gürcüstandan Azərbayacana gətirilməsidir. Müəyyən olunmuş normalara uyğun olaraq isə şəxsi tələbat üçün hər adama 10 kiloqram ərzaq məhsulları düşür. Burada söhbət tək vergidən getmir. Bu ərzaq məhsuludur, bunun sertifikatı, alınma sənədi olmalıdır. Kiminsə həyətyanı sahəsindən alınıb gətirmək təhlükə yarada bilər. Ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək üçün qanun-qayda yaratmaq bizim borcumuzdur.
- Aydın müəllim, sahibkarların gömrükdən bir narazılğı da onlardan tələb olunan, hazırki dillə desək, qeyri-rəsmi ödənişlərin tələb olunmasıdır. Belə deyək də, rüşvət istəyirlər. Bu istiqamətdə hansı tədbirlər görülür və bu narazılıq nə dərəcədə əsaslıdır. Ümumiyyətlə Gömrük Orqanlarında bu istiqamətdə görülən tədbirlərdə hansı nəticələrdən danışmaq olar? Məsələn cəza tədbirləri.
- Azərbaycan qanunvericiliyində hər növ cəza nəzərdə tutulur. Bununla bağlı ANS-də yayımlanmışdı ki, bizdə Risklərin İdarəolunması Mərkəzi var. Burada söhbət təkcə riskli yüklərin yox, əməkdaşların riskli əməllərindən də söhbət gedir. 600-dən yuxarı videokameralar bütün sərhəd-keçid məntəqələrinə nəzarət edir. Hər hansı bir müraciətə bu kameralar vasitəsilə aydınlıq gətirilir. Bununla bağlı məsələlər KİV-də daha çox hallanır. Keçən il müraciətlər sayəsində aparılan araşdırmaların sayı 1300-dən yuxarı idi. Bu ilin 9 ayı ərzində isə 1143 araşdırma olub. Qeyd edim ki, burada əlavə ödənişlərlə bağlı müraciətlər çox azdır. Aparılan araşdırlamarda məqsəd- şəffaflığın təmin olunmasıdır. Biz saytımızda avtonəqliyyatda vergi rüsumlarını hesablamaq istəyənlər üçün şərait də yaratmışıq. Yerində müraciət edənlər, şikayətlər daha çox olur.
- Aydın müəllim, bayaq biz danışdıq əsassız ödəniş və ya rüşvət. Bu kimi halların baş verməməsi üçün yəqin ki, o hadisələri və halları törədən səbəblər aradan qaldırılmalıdır. Dövlət başçısının son müşavirədəki çıxışında lisenziyalardan da söhbət getdi. Bu lisenziyaların müəyyən hissəsi elə sizin rəhbərlik etdiyiniz xidmətə də aidddir. Bu istiqamətdə nələrə hazırlaşırsız? Dəyişməyə və ya hansı addımlar atmağı planlaşdırırsız?
- Artıq ölkə başçısı tərəfindən qanunvericilikdə bununla bağlı hazırlanan sənədlər imzalanıb.
- Bəli, lisenziyalar artıq ASAN Xidmətə veriləcək.
- Belə deyək, Gömrük Orqanları üçün istər lisenziyalaşdırma, istərsə də yerlərdə yoxlama mövcud olan əsas poroblemlərdən biri deyil. Çünki qanunvericilikdə əsasən biz bir sıra fəaliyyətə lisenziya veririk. Gömrük Məcəlləsi Azərbaycanda dünyada tanınmış, BMT və Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı çərçivəsində beynəlxalq gömrük mütəxəsisləri tərəfindən yazılıb. Lisenziyaların verilməsi də məhz bu məcəllədə nəzərdə tutulub. Burada lisenziyalar gömrük anbarlarının, rüsumsuz maqazinlərin və gömrük brokerlərinin təsis edilməsi ilə bağlıdır. Gömrük Məcəlləsi Azərbaycanda 4 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində lisenziya 9 dəfə rüsumsuz gömrük maqazininə, 7 dəfə gömrük müvəqqəti saxlanc anbarına, 7 gömrük broker fəaliyyəti göstərən şirkətə verilib. Bu say Azərbaycanda kifayət qədərdir.
- Aydın müəllim, lisenziyalardan danışdıq. İstərdim ki, cənab prezidentin müşavirədə qeyd etdiyi və yəqin ki, artıq sənəd şəklində icraata verildiyi, başqa bir iradı haqqında danışaq - yoxlamaların dayandırılması. Müəyyən yoxlamalar da var ki, Gömrük Xidməti olaraq sizin rəhbərlik etdiyiniz qrum həyata keçirir. Cənab prezidentin çıxışından sonra yoxlamalara qoyulmuş qadağalardan sonra nə dəyişir? Siz də yəqin yoxlamaları dayandıracaqsız?
- Gömrük Məcəlləsinin 98-ci maddəsinə əsasən, Gömrük Orqanları şirkətlərdə hər hansısa bir imtiyazlardan istifadə edilirdisə, indi ən çox idxal üzrə əməliyyatları yoxlaya bilərlər. Bu, bizdə elə də çox yayılan bir sahə deyil. Sadəcə keçən il və bu ilin 10 ayı ərzində bu yoxlamaların sayı 30-a yaxındır. Keçən il 21 yoxlamadan 13 müəssədə heç nə aşkar olunmamışdır.
- Nə yoxlayırsız ki, siz orada? Nəyi aşkar etmək istəyirsiz?
- İmtiyazlardan düzgün istifadə qaydalarını. Məsələn, hər hansı bir şirkətə idxal zamanı vergidən yayınır, imtiyazlardan düzgün istifadə etmir. Keçən il 600 min manatadan artıq vergidən yayınma tutularaq dövlət büdcəsinə keçirilmişdir.
- Yəqin ki, bundan sonra olmayacaq bu yoxlamalar?
- Onda rəsmləşdirmə zamanı daha da diqqətli olmalıyıq. Yüklərin yerlərinin düzgün təyininə fikir verməliyik.
- İstəyirəm, söhbətimizin bu yerində Dövlət Gömrük Xidmətində çalışan əməkdaşların maaşları barədə də soruşum. Çünki bir qayda olaraq, bizdə belə bir təsəvvür yaranır ki, adətən normal maaş alan adamın rüşvətə meyli olmur.
- Bilirsiz ki, Gömrük Xidmətini formalaşdırma və işinə yenidən baxma 1995-ci ildən başlayıb. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə və indi İlham Əliyev də Gömrük Orqanlarının maddi bazasını həmişə diqqət mərkəzində saxlayıb. Gömrük Orqanlarında əməkdaşlar arasında vəzifə maaşı dəfələrlə qalxıb. Əməkdaşların həvəsləndirilməsi üçün ölkə başçısı tərəfindən bir neçə il bundan əvvəl tədbir keçirilib. Bundan əlavə, gömrüyün büdcədən kənar özünün fondu var. Bu, Gömrük rəsmləşdirilməsinin büdcəyə çatan pulları deyil. Fonddan hər ay əməkdaşlarımızın maaşının üstünə onların əmək haqqlarının 200 faizi əlavə olunur. Buna 1 və 3 ildən sonra yenidən baxılır. Fəaliyyətləri ilə əlaqədar 30 faizə yaxın əlavələr olunur. Bundan əlavə Gömrük Hospitalı fəaliyyət göstərir. Plastik əməliyyatları çıxmaq şərtilə, Gömrük Orqanları əməkdaşları üçün orada tibbi xidmət pulsuz göstərilir. Dili bilmək və başqa xüsusi bacarıq da məvacibi artırır. Bütün bu şərtlər imkan verir ki, Gömrük Orqanı əməkdaşı öz fəaliyyətini təmiz bir şəkildə həyata keçirtsin. 90-ci illərin sonundan isə qaçaqmalçılıq sahəsində qanunsuz malı aşkar edən, təhqiqatı və istintaqı aparan gömrük əməkdaşı sonuncu nöqtədə, yəni əməliyyat sonunda əldə olunan malın müəyyən faizi - qanunvericilik əsasında 1,75 faizi - bu işdə iştirakı olanlara verilir.
Oxşar Xəbərlər
Gömrükdə külli miqdarda həb saxlanıldı
Gömrükdə beşbarmaq əməliyyatı: saxlananlar var
Balakən gömrüyünün rəisi işdən çıxarıldı
Gömrük rüsumu ilə bağlı fərmanın elektron ticarətə dəxli yoxdur - AÇIQLAMA
Xəbər lenti
Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...”
- Sabiq deputat sensasiyalı faktları açıqladı
Nazir oğlu: "400 minlik yeyintidən xəbərim olmayıb"
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Şəhidin atası vəfat etdi -
FOTO
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur
Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq -
RƏSMİ
Prezident iki dövlət qurumunu ləğv etdi –
SƏRƏNCAM
İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur?
Qırmızı kitab"a düşən ağacları kim qırdırır?
Kartof ixracımız 23 min tona yaxın azalıb
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” –
Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… -
Deputat
Kobaxidze Baş nazir vəzifəsində qalacaqmı?
Temperatur 20 dərəcəyə yüksələcək
"Şimali Koreya Rusiyaya artilleriya sistemləri və MLRS-lər verib" -
Xarici KİV
“BakuBus” avtobusu qadını vurdu -
Vəziyyəti ağırdır
Azərbaycan və Pakistan Silahlı Qüvvələr rəhbərləri görüşüblər
General oğluna yüksək vəzifə verildi
Keçmiş sevgilisi azərbaycanlı qadını küçədə öldürdü
Gürcüstan prezident seçkilərinin vaxtını yəqinləşdirəcək
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Əli Əsədov yeni qərar imzaladı
Ağacan Abiyevin vəziyyəti pisləşdi -
Xəstəxanaya aparıldı
Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir –
Bəs Arxitektura Komitəsi hara baxır?
Ərdoğandan xəbərdarlıq:
“Putin buna sərt cavab verə bilər”
Bakıda həbsxanada fırıldaq:
məhbus yoldaşının pullarını görün necə ələ keçirdi
Ukraynaya F-16 təyyarələri verildi
Binəqədi İH niyə məhkəməyə verildi?
Jurnalistlərin gəlirləri vergidən azad ediləcək
Vəzifəli şəxsin cinayət əməllərinin detalları
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək -
Bu ünvanlardan başlanacaq
Əmək pensiyaları bu tarixdən və bu qədər artacaq
Yaşa görə pensiya alanların sayı AÇIQLANDI
PRİZMA
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
MÜSAHİBƏ
1
2
3
4
5
6
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
TƏHLİL
Qarabağın qədim mədəniyyət mərkəzindən Qafqazın Xirosimasınadək
SOSİAL
1
2
3
4
5
6
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur