Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Terror təhlükəsindən necə qorunmalı -
ekspertdən tövsiyə
İlham İsmayıl: “Təlaş yaratmadan ayıq-sayıq olmaq lazımdır”
Artıq Vətən müharibəsinin bir ayı tamam olur. Sentyabrın 27-də Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Döyüş meydanında məğlub olan ermənilər isə hədəf olaraq Gəncə, Tərtər, Beyləqan, Ağcabədi, Goranboy və daha bir neçə rayon və şəhərləri atəşə tutur. Bu günə qədər 65 mülki şəxs dünyasını dəyişib.
Ermənilər döyüş meydanında itirdiklərinin qisasını mülki insanlardan almaqda davam edirlər. Ermənilərin mülki əhalini ağır artilleriya ilə hədəfə alması ilə yanaşı kütləvi terror aktları törədəcəkləri də istisna edilmir. Ermənilər daha əvvəllər də dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.
Bu barədə ilk olaraq Dövlət Təhlükəsizlik Xidməti xalqa müraciət edərək məlumat verdi.
DTX-nın müraciətində yazılır ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir. Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir.
“Vətəndaşlarıns gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq-mühafizə orqanlarına bildirmələri xahiş olunur”- deyə, DTX-nın müraciətində deyilir.
Təhlükəsizlik üzrə ekspert
İlham İsmayıl
deyir ki, təlaş və panika yaratmadan ayıq-sayıq olmaq lazımdır. Onun sözlərinə görə, Ermənistan xüsusi xidmət orqanları ilə yanaşı, həmçinin ermənilərə məxsus terror təşkilatları, terrora meylli şəxslərlə bağlı da diqqətli olmaq lazımdır: “Bildiyimiz kimi, ”Daşnaksütyun" da, “Qınçaq” da terror təşkilatları kimi yaranıb, sonradan partiyaya çevriliblər".
İlham İsmayıl
Xatırladaq ki, Fransanın TF1 kanalının jurnalisti Azərbaycanda cəbhə bölgəsində hazırladığı reportajla erməni yalanlarını ifşa etmişdi. Bundan sonra jurnalist və onun çalışdığı telekanal rəhbərliyi ermənilər tərəfindən hədələnmişdi.
Bu mövzuya da toxunan İ.İsmayıl qeyd edir ki, əgər Parisin ortasında Fransanın dövlət televiziyasını Azərbaycandan çəkilən süjetə görə ASALA hədələyirsə, deməli, bizim də ehtiyat tədbirləri görməyimiz vacibdir.
Ekspert vurğulayır ki, biz müharibə şəraitində - hərbi vəziyyətdə müharibə günlərini yaşayırıq, düşmən isə terrora meyllidir: “Ona görə də kütləvi yerlərdə maksimum az olmaq, ictimai nəqliyyatda hər bir şübhəli əşyaya, bağlamaya xüsusi diqqət yetirmək, belə bir halla rastlaşan zaman sürücünü, daha sonra müvafiq orqanları xəbərdar etmək lazımdır”.
Qeyd edək ki, DTX ilə yanaşı Daxili İşlər Nazirliyi də terror təhlükəsi ilə bağlı əhaliyə bir neçə çağırış edib.
“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib. Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal ”102" Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın"- deyə, DİN-in çağırışlarında qeyd edilir.
DTX və DİN-in açıqlamalarından sonra ABŞ-ın Azərbaycandakı səfirliyi də terror təhlükəsi ilə bağlı məlumat yaydı. Öz vətəndaşlarına xəbərdarlıq edən səfirlik xüsusi olaraq “Abşeron Marriott” hotelinin adını çəkdi.
Ekspert İlham İsmayıl deyir ki, ABŞ və digər Qərb ölkələrinin səfirlikləri öz vətəndaşlarına təhlükəsizlik haqqında xəbərdarlıq edəndə, kifayət qədər dəqiq və konkret informasiyalara əsaslanır və belə bir informasiya olmasa, onlar bunu yaymırlar: “Belə bir informasiyanın əsaslılığına erməni terrorunun keçmişi də dəlalət edir. Bilirlər ki, keçmişdə də ermənilər kifayət qədər terror hadisələri törədiblər. Adətən belə məsələlərdə konkret yer göstərilirsə, bu, çəkindirici faktor olaraq edilir. Yəni terroru hazırlayan qüvvələrə xəbərdarlıq etmək istəyirlər ki, biz sizin işinizdən xəbərdarıq, hansı yerlərdə nə etmək istədiyinizi bilirik, əks-tədbirlər də görəcəyik”.
İ.İsmayıl qeyd edir ki, Azərbaycanda bu tədbirləri səfirlik yox, Azərbaycanın öz təhlükəsizlik orqanları görəcək.
Xatırladaq ki, Ermənistanın terrorçu dövlət kimi də təhlükəli olması məsələsinə son çıxışlarında ölkə başçısı diqqət çəkib.
Prezident İlham Əliyev CNN Türk kanalına verdiyi müsahibədə də vurğulayıb ki, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi: “Bizdə artıq yeni kəşfiyyat məlumatları, onların danışıqları, onların təmasları haqqında sənədlər və audioməlumat var. Bu, bizdə heç bir şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir”.
Oxşar Xəbərlər
Dəyişməyən erməni xisləti
ABŞ SƏFİRLİYİNİN TERROR XƏBƏRDARLIĞINDA MÜƏMMA
Düşmənin top atəşi nəticəsində Azərbaycanın daha 7 mülki vətəndaşı yaralanıb
Prezident:
Xəbər lenti
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq