8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
MSK-nın bu barədə yaydığı məlumatda deyilir ki, oktyabrın 8-də keçirilmiş seçkilərdə 50 majoritar dairədə namizədlərin heç biri tələb olunan 50 faizdən çox səsi toplaya bilməyib. Ona görə də MSK oktyabrın 30-da həmin dairələrdə səsvermənin ikinci turunun keçirilməsi barədə qərar qəbul edib.
Oktyabrın 22-də isə bəzi məntəqələrdə təkrar səsvermə keçiriləcək. Parlament seçkiləri ilə əlaqədar təkrar səsvermə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36, 22 və 48 saylı seçki məntəqələrində təşkil olunacaq. Zuqdidi rayonundakı 66, 67, 38, 79 və 108 saylı seçki məntəqələrində isə parlament seçkiləri ilə yanaşı, bələdiyyə seçkiləri də keçiriləcək.
Majoritar dairələrdə keçiriləcək seçkilərin ikinci turunda azərbaycanlı namizəd Əhməd İmamquliyev də mübarizəni davam etdirəcək. O, birinci turda seçicilərin 47,91 faizinin səsini toplaya bilmişdi. Onun rəqibi isə birinci turda 43,41 faiz səs toplayan Tamaz Naverianidir.