Qarabağ qazisi: "Ön cəbhədə əsgərlərimizdə böyük ruh yüksəkliyi var"

İctimai TV-də yayımlanan Müasir Azərbaycan Gənci (MAG) verilişinin budəfəki qonağı Qarabağ qazisi Anar Məmmədov olub.
Sozcu.info xəbər verir ki, A.Məmmədov verilişdə öz döyüş yolundan danışıb.
O, döyüşlərdə öz qolunu itirməsinə baxmayaraq vətənin müdafiəsi uğrunda döyüşməyə hər zaman hazır olduğunu bildirib:
"Ön cəbhədə əsgərlərimizdə böyük ruh yüksəkliyi var. Ən böyük arzum Azərbaycan bayrağını işğaldan azad olunmuş torpaqlardan birində sancmaqdır"
Məlumat üçün bildirək ki, MAG verilişi hazırkı müharibə şəraitində vətən uğrunda döyüşlərdə mübarizə aparan qaziləri davamlı olaraq dəvət edir və onların qəhrəmanlıqlarını tamaşaçılara təqdim edir.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi verilişin informasiya dəstəkçisidir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}