Politoloqdan iyrənc çağırış: "Azərbaycana gedən çayları zəhərləmək lazımdır" (FOTO)

Erməni politoloq, “Demokratiya Uğrunda Tərəfdaşlıq” mərkəzinin sədri, “Ermənistanın Dinləri” saytının redaktoru Stepan Danielyan öz “Facebook” səhifəsində terrora çağırış məzmunlu yazı dərc edib.

“Dünyada sona qədər getməyə hazır olan xalqların ultimatumu qəbul edilir və ona hörmət olunur. İsrail bunu etdi və o, nəzərə alındı. Sərsəng su anbarını partlatmaq, Azərbaycana axan çayları zəhərləmək, bütün meşələri yandırmaq lazımdır. Ən son halda Qarabağda atom elektrostansiyasının tullantılarını yaymaq lazımdır. Əgər orada ermənilər yaşamayacaqsa, heç kim yaşamamalıdır”, - Danielyan sosial şəbəkə hesabında yazıb. (yenisabah.az)
 



Oxşar Xəbərlər

Xəbər lenti