Mehriban Əliyeva Kəlbəcərin azad edilməsi münasibəti ilə xalqı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Kəlbəcərin işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.
"Report" xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".





Oxşar Xəbərlər

Xəbər lenti